Yuxarı

Xaricdən ən çox nə alırıq? - Siyahı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xaricdən ən çox nə alırıq? - Siyahı

2015-ci ilin yanvar-avqust aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 144 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 96 ölkəyə məhsul ixrac olunub, 129 ölkədən isə idxal edilib.

Dövlət Statistika Komitəsindən Axar.az-a verilən məlumata görə, xarici ticarət əlaqələri 45 Avropa ölkəsini, 28 Amerika ölkəsini, 41 Asiya ölkəsini və 30 digər ölkəni əhatə edib.

Səkkiz ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 17608,2 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 11709,5 milyon dollar, idxalın həcmi 5898,7 milyon dollar təşkil edib, nəticədə 5810,8 milyon dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.

İxrac edilən məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, alüminium və ondan hazırlanan məmulatlar, plastik kütlə və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsullarının, idxal olunmuş məhsulların həcmində isə ərzaq məhsulları, tütün və tütün məmulatları, əczaçılıq məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.

Yanvar-avqust aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz artaraq 1078,9 milyon dollar olub.

Tarix
2015.10.15 / 11:46
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla