Yuxarı

Azərikard Mastercardla strateji tərəfdaş oldu

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərikard Mastercardla strateji tərəfdaş oldu

Azərbaycanın ilk və ən böyük prosessinq mərkəzi olan Azərikardla Mastercard beynəlxalq ödəniş təşkilatı arasında strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Axar.az xəbər verir ki, strateji tərəfdaşlıq çərçivəsində müştərək layihələr icra ediləcək. O cümlədən kart biznesi və fintech istiqamətinin inkişafı üçün ən yaxşı qlobal və regional təcrübələr öyrəniləcək, bu sahədə qarşılıqlı əməkdaşlıq qurulacaq.

Azərikard şirkətinin Baş direktoru Fərid Quliyev bildirib: “Mastercardla Azərikardın strateji partnyorluğu təşkilatların fəaliyyətinə dəyər qatacaq və mövqelərinin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayacaq. Azərikard ödəniş sahəsində Mastercardın təşəbbüslərini dəstəkləyir, bu istiqamətdə ən müasir təcrübənin ölkəmizə gətirilməsini prioritet hesab edir”.

“Azərikard və Mastercard arasındakı bu strateji əməkdaşlıq ödəniş biznesinin inkişafına töhfə verəcək, yeni innovativ həllərə yol açacaq. Daha inkluziv maliyyə məhsulları və xidmətləri, daha yaxşı istifadəçi təcrübəsi yaratmaq üçün Azərikardla yeni tərəfdaşlığımız sayəsində Mastercardın qlobal bilik və bacarıqlarını paylaşacağımıza çox şadıq” deyə Mastercardın Azərbaycan və Türkiyə üzrə meneceri Avşar Gurdal bildirib.

Tarix
2022.11.24 / 14:49
Müəllif
Axar.az
Digər xəbərlər

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla