Yuxarı

Bank sektoru ilə bağlı 2 mühüm - Qanun

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bank sektoru ilə bağlı 2 mühüm - Qanun

Azərbaycanın bank sektoru ilə bağlı 2 mühüm qanun layihəsi üzərində iş başa çatdırılıb. Söhbət "Fərdi məlumat bazasının yaradılması haqqında" və "Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihələrindən gedir.

Bu barədə fins.az-a açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev məlumat verib.

Onun sözlərinə görə, hər iki sənəd Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq çərçivəsində hazırlanıb: "Ümid edirəm ki, yaxın vaxtlarda Azərbaycan Mərkəzi Bankı da daxil olmaqla dövlət qurumları bu sənədlərlə bağlı rəyini bildirəcək və hər iki qanun layihəsi Milli Məclisin yeni çağırışı üzrə ilk iclaslarından birinin gündəliyinə salınacaq".

Zakir Nuriyev deyir ki, 1-ci qanun layihəsi müştərilər və banklar, başqa sözlə borcalanlar və borcverənlər arasında mübahisələrin qarşısının minimum həddə endirilməsinə, 2-ci qanun layihəsi isə daşınar əmlak girovluğu ilə kredit verilməsinə, başqa sözlə kreditləşmə üçün əlavə imkanların yaradılmasına hesablanıb.

Tarix
2015.11.20 / 16:35
Müəllif
Axar.az
Digər xəbərlər

Bu veteranlar təltif olundu - Foto

Bu şəxslərə xoş xəbər - Qərar

"İçərişəhər"dəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla