Yuxarı

Azərbaycanda ÜDM maksimuma çatacaq

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda ÜDM maksimuma çatacaq

Qeyri-neft-qaz sektorunun inkişafı sayəsində onun ÜDM-də payı Azərbaycanın ən yaxın tarixində maksimuma çatacaq.

Axar.az xəbər verir ki, bunu "Qazprombank"ın Bazarın Təhlili Departamentinin rəis müavini Gülnarə Xaydarşina deyib.

"Hesablamalarımıza görə, Qarabağda yeni layihələr və Azərbaycanın Avrasiya regionunda artan logistik əhəmiyyəti sayəsində qeyri-neft-qaz sektorunun hazırkı inkişaf tempini saxlamaqla, 2024-cü ilə qədər onun ÜDM-də payı 70%-ə yaxınlaşacaq. Bu, Azərbaycanın ən yeni tarixindəki maksimum səviyyəyə uyğun olacaq", - deyə o bildirib.

Xaydarşina qeyd edib ki, 2026-cı ilə qədər Qarabağda layihələrə təxminən 10 milyard ABŞ dolları (ÜDM-in 18%-i) sərmayə qoyulması planlaşdırılır, xarici investorlar (o cümlədən Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, Böyük Britaniya və Rusiya) fəal şəkildə cəlb olunur.

O əlavə edib ki, infrastrukturun və sosial əhəmiyyətli obyektlərin modernləşdirilməsi ilə yanaşı, qeyri-neft-qaz məhsullarının istehsalına və ixracına yönəlmiş yeni sənaye və iqtisadi zonalar yaradılacaq.

Tarix
2023.04.01 / 22:28
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət əleyhinə çağırışlar yayan bu 7 nəfər axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla