Yuxarı

Mənzil satışından vergi - Qaydası

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mənzil satışından vergi - Qaydası

Yanvarın 1-dən Azərbaycanda mənzil və qeyri-yaşayış sahələrinin satışı zamanı yeni qaydada ödəmə mənbəyində vergi tətbiq ediləcək.

APA-nın məlumatına görə, bu, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2015-ci il 20 oktyabr tarixli qanunda əksini tapıb.

Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat, fiziki şəxslər üçün sadələşdirilmiş vergi vergitutma obyektinin hər kvadratmetri üçün 15 manat olmaqla hesablanacaq. Bu zaman bina Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş zonalardan asılı olaraq, əmsallar tətbiq olunacaq. Məsələn, Bakıda bina tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (binanın faktiki yerləşdiyi) ərazi üzrə əmsal 1-ci zona üzrə 4, ikinci zona üzrə 3, 3-cü və 4-cü zona üzrə 2,2, 5-ci və 6-cı zona üçün 1,8, 7-ci,8-ci və 9-cu zona üçün 1,5, 10-cu,11-ci və12-ci zona üçün 1,2-dir.

Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə 1,5, Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə 1,2, digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə - 0,5 əmsal tətbiq edilir. Yəni mərkəzdən kəndlərə getdikcə mənzil satışı ilə bağlı verginin miqdarı azalır.

Beləliklə, tutaq ki, Bakıda birinci zonada, yəni şəhərin mərkəzi hissələrində hər hansı fərdi şəxs mülkiyyətində olan mənzili satarkən 3600 manat (60 kvm*15AZN*4=3600 manat) vergi ödəməlidir.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə daşınmaz əmlakın təqdim olunması üzrə müqavilələri təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması, 1 bank günü ərzində dövlət büdcəsinə ödənilməsi və aylıq bəyannamənin vergi orqanına təqdim edilməsi nəzərdə tutulur. Nəticədə daşınmaz əmlakın təqdim olunmasından gəlir əldə edən şəxslərin vergi uçotuna alınması və onlar tərəfindən müvafiq bəyannamənin vergi orqanına təqdim edilməsi zərurəti aradan qalxmış olur. Notariuslar tərəfindən tutulan bu vergi sadələşdirilmiş verginin xüsusi bir növüdür və bəyannamənin həm forması, həm də hesabat dövrü ümumi sadələşdirilmiş vergi bəyannaməsindən fərqlənir. Bu bəyannamənin forması daha sadədir, təqdim olunma dövrü isə aylıq olacaq. Notariuslar tərəfindən təqdim edilməli bəyannamələrin yeni forması artıq Vergilər Nazirliyi tərəfindən təsdiq olunub.

Yanvarın 1-dən qüvvəyə minən qanuna əsasən mülkiyyətində olan mənzil sahəsi ilə bağlı bu vergiyə cəlb olunmayacaq şəxslər də müəyyənləşdirilib. Mənzil və ya qeyri-yaşayış sahəsi hədiyyə, maddi yardım və miras kimi vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda, onun tam dəyəri, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanuna əsasən fiziki şəxslərə ödənilən kompensasiya, aktivlər ər və arvad arasında verildikdə , aktivlər keçmiş ər-arvad arasında boşanma prosesində verildikdə, nəhayət, fiziki şəxslər azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrini satan zaman vergiyə cəlb olunmayacaq.

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şirkətlər tikilən binanın qeyri-yaşayış sahələrini, habelə mülkiyyətlərində olan binaların qeyri-yaşayış sahələrinin satan fiziki şəxslər sadələşdirilmiş vergi verərkən vergi hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanacaq.

Tarix
2016.01.02 / 14:19
Müəllif
Axar.az
Digər xəbərlər

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla