Yuxarı

Səudiyyə-İran gərginliyi 7-8 il əvvəl olsaydı...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səudiyyə-İran gərginliyi 7-8 il əvvəl olsaydı...

Dünya neft bazarında cərəyan edən proseslər göstərdi ki, əgər Suriya, İraq və Səudiyyə-İran gərginliyi 7-8 il əvvəl olsaydı, neftin qiyməti onda 200 dolları keçə bilərdi.

Bu barədə Axar.az-a iqtisadçı ekspert Natiq Cəfərli açıqlama verib. Ekspert hazırkı gərgin iqtisadi-siyasi şəraitdə ABŞ-ın olduğu torpaqlara İranın hücum ehtimalının sıfıra bərabər olduğunu bildirib:

"Yaxın 2-3 ildə İrana təqribən 150-200 milyard dollara yaxın investisiyanın daxil olması gözlənilir. İran hazırda Səudiyyə ilə konflikti alovlandırmaqda maraqlı deyil. Çünki iqtisad maraqları daha öndədir. Sadəcə, iki ölkə arasında hazırda bir cəbhələşmə gedir və məzhəb savaşı daha da qızışır. Səudiyyənin ətrafında olan kiçik ərəb dövlətləri sünni cəbhəsində yer alaraq İrana qarşı ola biləcək sanksiyalarda iştirak etməyi düşünürlər. İranla Ərəbistan arasında iqtisadi əlaqələr demək olar ki, yox səviyyəsindədir. Bu, cəmi 60 milyon dollar təşkil edir ki, o da iqtisadi proseslərə heç bir təsir göstərə bilməz. Dünya neft bazarında cərəyan edən proseslər göstərdi ki, Suriya, İraq və İran-Səudiyyə gərginliyi 7-8 il əvvəl olsaydı, neftin qiyməti 200 dolları keçə bilərdi. Ancaq indi neft bazarı fundamental məsələlərə reaksiya verir".

İki ölkə arasındakı çəkişmələrin beynəlxalq müstəviyə qədər gedə biləcəyini deyən ekspert əlaqələrin yaxın zamanda düzəlməyəcəyini söyləyib:

"İlk baxışdan qəribə səslənsə də, Səudiyyə ilə İranın neft bazarındakı rəqabəti qiymətlərin aşağı düşməsinə səbəb olur. Çünki İran bazara daha aqressiv şəkildə çıxmaq istəyir. Səudiyyə isə İranın qarşısını almaq üçün artıq Avropa ölkələrinə büdcə qiymətlərindən də aşağı neft təklif edib. Yaxın 2-3 ildə İranın bütün neft yataqları tam gücü ilə işə düşərsə, gündəlik ən azı 6-7 milyon barel neft hasil ediləcək ki, bunu da Səudiyyə çox yaxşı bilir. Buna görə də Ər-Riyad indidən qiymətləri aşağı çəkir ki, İran öz mövqelərini qaytara bilməsin".

Tarix
2016.01.09 / 08:30
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla