Yuxarı

Baş bankirdən manatın məzənnəsi ilə bağlı açıqlama

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş bankirdən manatın məzənnəsi ilə bağlı açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın nominal effektiv məzənnəsinin artması hesabına inflyasiyanı müəyyən qədər azaldıb.

Axar.az xəbər verir ki, bunu qurumun sədri Taleh Kazımov “Global Finance”a müsahibəsində bildirib.

"Apardığımız təhlillər daxili bazarda qiymətlərin xarici amillərlə əlaqədar yüksəldiyini göstərir. Aydındır ki, xaricdən qaynaqlanan inflyasiya təzyiqlərini cilovlamaqda AMB-nin pul siyasəti alətləri daha az səmərəli olacaq. Bu müddət ərzində Azərbaycan, yüksək qlobal ərzaq və enerji qiymətlərindən əhəmiyyətli dərəcədə təsirlənən əsas ticarət tərəfdaşlarından inflyasiya idxal edib. Əsas strategiyamız uçot dərəcəsini artırmaqla tələb amillərini nəzarət altında saxlamaqdır. Bundan başqa, xarici valyuta təklifinin həddindən artıq olduğu dövrlərdə yerli valyutanın məzənnəsinin sabitliyini qoruduq", - deyə o qeyd edib.

“Neft gəlirləri məcmu tələb kanalı vasitəsilə inflyasiyaya birbaşa təsir göstərmir. İnstitusional çərçivəyə uyğun olaraq, Dövlət Neft Fondu (ARDNF) bütün neft və qaz gəlirlərini alır və həmin gəlirin əvvəlcədən müəyyən edilmiş məbləğini fiskal qaydaya uyğun olaraq dövlət büdcəsinə köçürür", - deyə baş bankir əlavə edib.

Tarix
2023.10.03 / 18:00
Müəllif
Axar.az
Digər xəbərlər

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla