Yuxarı

Bu il Rusiyanı 46 şirkət tərk edəcək - Çöküş

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu il Rusiyanı 46 şirkət tərk edəcək - Çöküş

Son iki il ərzində Rusiyanı 60 məşhur brend və şirkət tərk edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Kommersant" qəzeti yayıb. Qəzet "Qlobal Konsul" şirkətinin 2015-ci ilin sonunda dərc etdiyi hesabata istinad edərək, bu il Rusiyanı daha 46 böyük şirkətin tərk edəcəyini bildirib:

"Keçən il əldə olunan göstərici 2008-ci il böhranındakı durumdan 1,5 dəfə çoxdur. Gələn il ölkədən çıxacaq şirkətlər arasında BP, "Siemens" və digər kompaniyalar da var. Ölkədən gedəcək kapital axını daha çox maliyyə və enerji sektorlarında müşahidə ediləcək. Hesabata əsasən, keçən il Rusiyada 991 yeni ticarət mərkəzi açılıb, amma əvəzində 1024-ü bağlanıb. Ölkədə bağlanan ticarət mərkəzlərinin 90%-i orta qiymət seqmentinə malik olan brendlərə məxsus olub. Keçən il bir sıra məşhur İT şirkətlər də Rusiyanı tərk ediblər. Maykrosoft şirkəti Zelenoqradda yerləşən bölməsini Praqaya köçürüb. Quql da öz işçilərini ABŞ və Avropaya yerləşdirib. Üstəlik, müxtəlif əyləncəli oyunların hazırlanması ilə məşğul olan məşhur Qeym İnsayt, Luksoft kimi şirkətlər öz ofislərini tam bağlayaraq Rusiyanı tərk ediblər. Avtomobil brendləri də Rusiyada ən ağır dövrünü yaşayıb. Ölkədə avtomobil ticarəti 37,5% azalıb. Bir sıra məşhur markalar ölkəni tərk etmək məcburiyyətində qalıb. Bunlar sırasında Opel, Seat kimi şirkətlər var. Üstəlik, Şevrolet və Honda şirkətlərinin əksər modellərinin satışı dayandırılıb. Buna əsas səbəb kimi rublun kursunun ucuzlaşması və avtomobilə olan tələbatın azalması göstərilib".

Tarix
2016.01.19 / 16:53
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla