Yuxarı

Azərbaycanın xarici borcunun tərkibi açıqlandı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın xarici borcunun tərkibi açıqlandı

Azərbaycanın bu il yanvarın 1-nə 6 461,2 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 87,9%-i elə dollarda olub.

Axar.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, borcun tərkibində avro 5,4%, yapon yeni 2,9%, digər valyutalar 0,5%, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) isə 3,3% paya malik olub.

Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 43,1%-ni, sabit dərəcə ilə olanlar isə 56,9%-ni təşkil edib.

Xarici dövlət borcunun 52,5%-i 5 ilə qədər olan müddətdə, 40,3%-i 5 ildən 10 ilə qədər olan müddətdə, 7,2%-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Bu il yanvarın 1-nə xarici dövlət borcunun 55,7%-i çoxtərəfli maliyyə institutları üzrə, 35,4%-i xarici bazarda yerləşdirilmiş istiqrazlar üzrə, 8,9%-i isə ikitərəfli maliyyə institutlarından cəlb edilmiş kreditlər üzrə öhdəliklərin payına düşüb.

Tarix
2024.02.29 / 22:53
Müəllif
Axar.az
Digər xəbərlər

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

Prezidentin əfv etdiyi yeganə qadın məhkum - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla