Yuxarı

Avropa Komissiyası TAP-ı təsdiqlədi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa Komissiyası TAP-ı təsdiqlədi

Avropa Komissiyası Yunanıstan hökuməti ilə "Trans-Adriatik" (TAP) boru kəməri konsorsiumu arasında Avropa bazarlarına yeni boru kəmərinin daxil olmasını nəzərdə tutan sazişi təsdiqləyib.

AzərTac xəbər verir ki, bu barədə məlumat TAP-ın rəsmi saytında yer alıb. Məlumatda bildirilir ki, Avropa Komissiyası həmin sazişi Avropa İttifaqının daxili bazar qaydalarına uyğun hesab edib və TAP layihəsi bu qaydalar üzrə icra olunur.

TAP-ın icraçı direktoru Yan Bradşou deyib: "Bu qərar TAP layihəsinin icrası istiqamətində mühüm addımdır. TAP Yunanıstan hökuməti ilə tikinti və layihənin həyata keçirilməsi üzrə əməkdaşlığını davam etdirir".

Qeyd edək ki, uzunluğu təxminən 878 kilometr olan TAP boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), Snam S.p.A. (20 faiz), Fluxys (19 faiz), Enagás (16 faiz) və Axpo (5 faiz).

Tarix
2016.03.03 / 19:07
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdan Kremlə Qarabağ xatırlatması: Heç bir ölkə...

Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...

Zori Balayan öldü

Rövnəq Abdullayevlə bağlı qərar: 16 illik fəaliyyət dövrü

Xəzərin səviyyəsi 20 illik azalmadan sonra sabitləşdi

Azərbaycan üzərindən malların tədarükü... - Papoyan

Azərbaycanlı xanım Nyu Yorkdan elə video paylaşdı ki...

Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu

İlham Əliyev Seneqal prezidentini təbrik etdi

Azərbaycan bundan ən çox zərər çəkən ölkələrdəndir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla