Yuxarı

Büdcəmizdə bir milyard artıq var – Statistika

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Büdcəmizdə bir milyard artıq var – Statistika

2016-cı ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3678,1 mln. manat, xərcləri 2623,5 mln. manat olub, 1054,6 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.

Maliyyə Nazirliyindən Axar.az-a verilən məlumata görə, 2016-cı ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3570,6 mln. manat proqnoza qarşı 3678,1 mln. manat və yaxud 3,0 faiz çox olub.

Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 101,4 faiz icra edilməklə dövlət büdcəsinə 1542,0 mln. manat vəsait təmin edilib. Həmin vəsaitin 78,5 faizi və yaxud 1210,7 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 9,0 faiz-bənd çoxdur.

2016-cı ilin birinci rübündə Dövlət Gömrük Komitəsi proqnoza 114,8 faiz əməl edərək büdcəyə 416,9 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 faiz və yaxud 74,9 mln. manat çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 47,5 mln. manat təşkil edib. Sair daxilolmalar üzrə büdcəyə 11,7 mln. manat vəsait daxil olub.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 1660,0 mln. manat vəsait transfert edilib.

2016-cı ilin 1-ci rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 73,3 faiz və yaxud 2 623,5 mln. manat icra olunub.

İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 54,4 faizi və yaxud 1426,7 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz və yaxud 52,0 mln. manat çoxdur.

Cari ilin 1-ci rübündə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 16,0 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 153,4 mln. manat, o cümlədən Naxçıvanda həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 4,8 mln. manat vəsait yönəldilib.

2016-cı ilin ilk üç ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilən öhdəliklər tam və vaxtında maliyyələşdirilib.

Cari ilin 1-ci rübündə icmal büdcənin gəlirləri 4473,2 mln. manat, icmal büdcənin xərcləri isə 3348,3 mln. manat icra olunub. İcmal büdcənin artıqlığı 1124,9 mln. manat təşkil edib.

Tarix
2016.04.05 / 16:45
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

Hacıyev Qətər əmirinin milli təhlükəsizlik müşaviri ilə görüşdü

Rusiya Zəngəzur dəhlizinə etiraz etdi

Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü

30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla