Yuxarı

Trampın bazarı çalxalayan qərarı: Bitkoinin dəyəri...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın bazarı çalxalayan qərarı: Bitkoinin dəyəri...

Bazar ertəsi kriptovalyutanın dəyəri düşüb. Bitkoin üçhəftəlik minimuma çatıb, efir isə sentyabrın əvvəlindən ən aşağı səviyyəyə enib. Qlobal ticarət müharibəsinin kabusu sərmayəçiləri riskli aktivlərdən imtinaya məcbur edib.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Bildirilir ki, dünyada ən böyük və ən məşhur kriptovalyuta olan bitkoin bazar ertəsi səhər Asiyada 94.476.18 ABŞ dollarına kimi geriləyib. Bu isə üçhəftəlik minimum olan 91,441.89 ABŞ dolları səviyyəsinə kimi enməyə yaxındır. Ondan aşağı pillədə olan efirin dəyəri isə 24 faiz düşüb. Bu kriptovalyuta sonuncu dəfə sentyabr ayının əvvəlində düşmüşdü.

Qeyd edək ki, həftəsonu ABŞ Prezidenti Donald Tramp Meksika və Kanadaya qarşı 25, Çinə qarşı isə 10 faizlik rüsum tətbiq edib.

ABŞ-ın ən böyük ticarət tərəfdaşları olan Kanada və Meksika təcili cavab tədbirləri görəcəklərinə söz vermişdilər. Çin isə Dünya Ticarət Təşkilatında Trampın rüsum qərarını mübahisələndirəcəyini bəyan etmişdi.

Tarix
2025.02.03 / 19:29
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla