Yuxarı

Neftin bahalaşması Bakıya nə qazandıracaq?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftin bahalaşması əhalinin davranışlarına psixoloji təsir edir. Neft bahalaşanda sahibkarlar və vətəndaşlar əllərində olan xarici valyutanı bazarlara çıxarır.

Bu sözləri Axar.az-a neftin qiymətinin 6 ay sonra 50 dolları ötməsini şərh edərkən iqtisadçı ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, baha neft Azərbaycanın 2017-ci il büdcəsində sosial xərclərin artımına gətirib çıxara bilər:

"Dünya bazarlarında neftin qiymətinin bahalaşması Azərbaycan iqtisadiyyatına, o cümlədən, əhalinin gəlirlərinə, dövlət büdcəsinə daxil olmalara müsbət təsir göstərir. Amma Dövlət Neft Fondunun büdcə qarşısındakı öhdəliyi 2015-ci ilin sonunda müəyyənləşdirilib və bu ilin fevralında büdcəyə yenidən baxılan zaman artırılıb. Maliyyə Nazirliyinin də son açıqlamalarından bəlli olur ki, bundan sonrakı dövrdə 2016-cı ilin büdcəsinə yenidən baxılmayacaq. Neftin dünya bazarlarında qiymətinin qalxması növbəti il üçün dövlət büdcəsinin gəlirlər və xərclər hissəsində dəyişikliyə gətirib çıxaracaq. Bu isə 2017-ci ilin büdcəsində sosial istiqamətdəki xərclərdə özünü büruzə verə, əmək haqlarına müsbət təsir göstərə bilər".

Ekspertin sözlərinə görə, manatın məzənnəsi neftdən asılıdır:

"Bəllidir ki, manatın məzənnəsi birbaşa neftdən asılıdır. Neft bahalaşanda sahibkarlar və vətəndaşlar əllərində olan xarici valyutanı bazarlara çıxarır. Çünki onlar düşünürlər ki, artım dolların ucuzlaşmasına gətirib çıxara bilər. Bu pul kütləsi də özü-özlüyündə manatın güclənməsinə dəstək göstərir".

Rəşad Həsənov son olaraq qeyd edir ki, neftin bahalaşması ölkədəki iqtisadi islahatları dayandırmamalıdır:

"Bir çox şəxs, xarici ölkə vətəndaşları düşünür ki, neftin bahalaşması iqtisadi islahatların tempinə təsir göstərəcək. Azərbaycan neftin ucuzlaşmasından sonra ciddi iqtisadi islahatlarla neftdən asılılığı azaltmaq istiqamətində mövqe qoyub. Bu islahatlar müsbət qiymətləndirilir. Bu islahatların dayandırılması xarici investorların ölkəmizə gəlməsinə mənfi təsir göstərə bilər".

Qeyd edək ki, bu gün "Brent" markalı neftin qiyməti 2015-ci ilin noyabrından sonra ilk dəfə 50 dolları ötüb.

Tarix
2016.05.27 / 09:29
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla