Yuxarı

İtaliya ilə SOCAR arasıda memorandum imzalandı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
İtaliya ilə SOCAR arasıda memorandum imzalandı

Rusiyanın "Qazprombank" və EXİAR ixrac kreditləri və investisiyaların sığortalanması agentliyi, İtaliyanın SACE ixrac kredit agentliyi və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında "Azərbaycanda qaz-kimya kompleksinin maliyyələşdirilməsi və tikintisi üzrə Qarşılıqlı Anlaşma Memorandumu" imzalanıb.

Report xəbər verir ki, təntənəli imzalanma mərasimi Rusiya prezidenti Vladimir Putin və İtaliyanın baş naziri Matteo Rentsinin iştirakı ilə Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutub.

Yeni irimiqyaslı neft-kimya layihəsi Azərbaycanda Rusiya və İtaliya tərəfdaşlarının iştirakı ilə qaz emalı və qaz-kimya zavodlarının tikintisini nəzərdə tutur.

"SOCAR Gas Plastics Company" layihəsi "Qazprombank" üçün maliyyə təminatı və Rusiya avanadlığının xaricə göndərilməsi baxımından yeni imkanlar açır.

İlkin qiymətləndirməyə əsasən, layihənin ümumi investisiya dəyəri 3,5 mlrd. ABŞ dolları təşkil edir. Layihə üçün Rusiya avadanlığı və materiallarının tədarükünün potensial həcmi və Rusiya podratçılarının tikinti-montaj xidmətlərinin dəyəri isə investisiya büdcəsinin 20%-ni təşkil edəcək.

"Qazprombank" qrupu Azərbaycanda SOCAR şirkəti ilə bir sıra iri layihələr həyata keçirir. Bu qarşılıqlı faydalı əməkdaşlıq Qrupun maliyə və texnoloji imkanlarının birləşdirilməsinin uğurlu nümunəsidir", - deyə "Qazprombank"ın İdarə Heyətinin sədri Andrey Akimov bildirib.

Tarix
2016.06.17 / 23:19
Müəllif
Axar.az
Digər xəbərlər

Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla