Yuxarı

Rusiya Azərbaycanın 20 ton kartofunu ölkəyə buraxmadı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Azərbaycanın 20 ton kartofunu ölkəyə buraxmadı

Rusiyanın Kalininqrad vilayətində fəaliyyət göstərən “Sirius” müvəqqəti saxlama anbarında karantin fitosanitar nəzarəti zamanı Azərbaycandan avtomobil nəqliyyatı ilə göndərilmiş 20 tondan çox kartofda təhlükəli karantin obyekti – qızılı kartof nematodu (Globodera rostochiensis) aşkarlanıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

Bildirilib ki, son illərdə idxal olunan məhsullarda bu cür təhlükəli karantin obyektinə rast gəlinməyib.

Nematodun yayılmasının qarşısını almaq məqsədilə kartof partiyasının Kalininqrad vilayəti ərazisinə buraxılmasına icazə verilməyib.

Qızılı kartof nematodu mikroskopik ölçülü qurd olub, ən təhlükəli karantin zərərvericilərindən biridir. O, əsasən pomidor, bibər, badımcan və kartof kimi bitkilərin, həmçinin qara itburnu, şeytan alması kimi yabanı otların köklərində yaşayır.

Zərərverici bitkilərin inkişafını zəiflədir, gövdə və yarpaqlar solğun rəng alır, sahədə sarımtıl ləkələr şəklində nematodun yaratdığı ocaqlar müşahidə olunur. Ən əsas əlaməti isə xırda ölçülü kartof yumrularıdır. Yoluxmadan təxminən beş il sonra sahədən məhsul götürmək mümkün olmaya bilər.

Tarix
2025.06.16 / 16:05
Müəllif
Axar.az
Digər xəbərlər

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

İlham Əliyev müşavirə keçirdi

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla