Herman Melvil Bartlebi adını daşıyan sindrom hər hansı
bir səbəblə yazmağı buraxan, ya da susmağı seçən yazarları
qruplaşdırmaq üçün istifadə olunan termindir.
Ədəbiyyat tarixində bir çox yazar yazmağı buraxıb, ya da sismağı
seçib.
45
il və həmişəlik
"Axar.az" bildirir ki, bu yazarların başında
Selincer gəlir. 4 əsərin müəllifi olan yazar birdən-birə səssizliyə
çəkildi və düz 45 il kimsəylə görünmədi. Onu görmək üçün hətta
ABŞ-a gedən oxucuları yazarı görmədikdə məyus olurdular. Amma hamı
ümid edirdi ki, yazar hamıdan uzaqlaşsa da, hardasa yenə də
yazır.
Otuz
yaşında yazmağa buraxdı
Artur Rembo "Sərxoş gəmi" şeirini on altı yaşındaykən yazdı. On
doqquz yaşına çatanda onu artıq şöhrət maraqlandırmırdı. İyirmi
doqquz yaşındaykən çıxan ikinci kitabından sonra ölənə qədər
yazmağı buraxdı. Özünü macəralar və səyahətlərə sərf etdi.
Əmim
öldü, yazmıram…
Xuan Rulfo Güney Amerika ədəbiyyatının ən gözəl əsərlərindən
olan "Pedro Paramo" romanını yazdıqdan sonra otuz il heç nə
yazmadı. O illər sonra yazmağı buraxdığının səbəbini belə izah
etdi. "Yazmıram, çünki mənə hekayələr danışan əmim Kelerino
öldü".
Quşçuluqla məşğul olmağı seçdi
Ferer Levin Barselonada keçən gəncliyində yazdığı üsyankar
şeirlərlə diqqət çəkir. Amma o şöhrətinin zirvəsində hər şeyi
buraxıb kəndə yerləşdi. O yaşadığı kənddə quşçuluqla məşğul olmağa
başladı və bundan sonra bir şeir belə yazmadı.
Ölümsüz
olduğunu zənn etdi…
Gi de Mopassanın yazar olmasını istəyən anası onu Floberə əmanət
etdi. Amma Gi 30 yaşına qədər heç nə yazmadı. Yalnız bu yaşdan
sonra yazdığı hekayələrlə böyük yazar olacağını sübut etdi. O,
böyük bir yazar olaraq ölümsüz olduğundan əmin olmaq istəyirdi.
Hətta bunu sınamaq üçün o iki dəfə özünü güllələməyə cəhd edib.
Amma hər dəfə də güllələr ondan yan keçdi. Amma yazar xəncərlə də
ölümsüz olduğunu sübut etmək istəyəndə bacara bilmdi. Xəncərlə
yaralanıb qanlar içində qaldıqdan sonra yazmağı buraxdı.
Xanımı
öldükdən sonra yazmağa son verdi
Xuan Ramon Ximenes 1956-cı ildə Nobel mükafatına layiq
görülmüşdü. Amma mükafatı aldığı günlərdə Ximenes xanımı,
sevgilisi, katibəsi, qısaca hər şeyi olan Zenobianın xərcəng
olduğunu öyrəndi. Onun xidmətçisinin anlatdığına görə, o xanımının
ölümündən sonra Nobel mükafatını yerə ataraq hiddətlə tapdalayıb. O
gündən sonra Ximenes bir cümlə belə yazmadı. Arxasınca Bartlebi
aforizmi sayıla biləcək bu cümləni qoyub getdi. "Mənim ən böyük
etdiyim etdiklərimdən peşmançılıq duymaqdır".
Gec
qalmış Bartlebi
Tolstoy geç qalmış Bartlebi idi. Həyatının son günlərində
yaşadığı Yasnaya Polyananı tərk edib bir daha oraya dönməmək və
yazmamaq üzərə oranı tərk etdi. Əslində o, qatar stansiyasına yol
alarkən Bartlebi camaatına qoşuldu.
Bəs görəsən Azərbaycanda necə, yazmağı buraxan, ya da nə zamansa
yazmayacağını düşünən yazarlar varmı? Bu sualla bir necə yazara
müraciət etdik və bəlli oldu ki…
Əlvida
ədəbiyyat
Şair Salam Sarvana görə yazmağı buraxmaq barədə ancaq hissiyyata
qapılmaq olar: "Amma ədəbiyyata mənsubluğu öz üzərimdən atmaq üçün
çox cəhdlər eləmişəm".
Məni
iyrəndirmişdi
Kənan Hacı bildirdi ki, bu haqda hər zaman düşünüb: "Hətta 7-8
il bundan öncə ədəbi mühitdəki arzuolunmaz vəziyyət məni
iyrəndirmişdi. O zaman "Əlvida ədəbiyyat" adlı bir yazı da
yazmışdım. Bəzən də hədsiz yoruluram, axtardığımı ədəbiyyatda tapa
bilməyəndə yazmaqdan uzaqlaşmaq istəyirəm. Lap bu yaxınlarda
düşündüm ki, yazmağa birdəfəlik son vermək lazımdır, amma
bacarmadım. Deyim ki, indi yazmaq böyük fədakarlıq tələb edir".
Məcbur
olub bir neçə il ara vermişəm
Elnaz Eyvazlı da ədəbiyyatdan bir necə il uzaq qalmaq
məcburiyyətində qaldığını bildirdi: "Könüllü şəkildə yox,
istəməmişəm. Məcbur olub bir neçə il ara vermişəm. Şəxsi
məsələlərlə bağlı məcburən bir müddət istəmədən yazmağı
dayandırmışam. Sonra yazmağa şərait yaranıb davam etmişəm".

Üç il yazmamaq böyük bir faciədir
Seyran Səxavətsə heç vaxt yazmaqdan vaz keçməyi düşünməyib: "Yox
mən heç vaxt yazmaqdan vaz keçməmişəm, uşaq yaşlarımdan da
yaradıcılıqla məşğulam. Amma 1972-75-ci illər arası, düz üç il mən
heç nə yazmadım və susdum. Üç il yazmamaq böyük bir faciədir. Sonra
mənə sual verdilər ki, niyə yazmırsan? Mən də dərinə getmədim, deyə
bilmədim ki, yaza bilmirəm, istədiyim kimi alınmır və ürəyimcə
olmur. Qısası, belə cavab verdim ki, həmişə yazmağımla ədəbiyyata
xidmət edirdimsə, indi susmağımla xidmət edirəm. 1976-cı ildən
başladım yazmağa və ömrümün axırına kimi də yazacağam".