Yuxarı

Zəngilan Böyük Qayıdışın rəmzidir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəngilan Böyük Qayıdışın rəmzidir

20 oktyabr 2020-ci ildə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəngilan rayonu erməni işğalından azad edildi. 27 ildən çox düşmən tapdağı altında qalan bu qədim Azərbaycan torpağı azad olundu.

Axar.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O bildirib ki, Zəngilanın strateji əhəmiyyəti danılmazdır:

“Tarixi Zəngəzur bölgəsi ötən əsrin əvvəllərində süni şəkildə bölünərək, böyük hissəsi Ermənistana verilmiş, yalnız Zəngilan, Laçın və Qubadlı Azərbaycanda qalmışdır. 1993-cü ildə isə bu rayonlar da işğal edildi. Zəngilan əhalisi 67 gün mühasirədə döyüşdü, minlərlə insan Araz çayını keçərək ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmalı oldu”.

Millət vəkili tarixi ədalətin məhz Azərbaycan Ordusunun qəhrəmanlığı və cənab Prezident İlham Əliyevin qətiyyəti sayəsində bərpa edildiyini vurğulayıb:

“Vətən müharibəsinin gedişində Zəngilan rayonunun 4 qəsəbəsi və 49 kəndi azad edildi, Azərbaycan-İran sərhədi boyunca nəzarət tam bərpa olundu. Bundan sonra dövlət başçısının imzaladığı sərəncamla “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və minlərlə hərbi qulluqçu bu medalla təltif olundu. Bu gün isə Zəngilan sözün əsl mənasında bərpa və quruculuğun simvoluna çevrilib. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə burada ilk “Ağıllı kənd” – Ağalı kəndi salındı. Bu kənd təkcə müasir texnologiyaların deyil, həm də dövlət siyasətinin mərkəzində insanın dayandığını göstərən bir nümunəyə çevrildi. Yaşıl enerji, yüksək keyfiyyətli infrastruktur, smart idarəetmə – bütün bunlar Azərbaycan modelinin real göstəriciləridir. Bütün bu proseslər Böyük Qayıdışın real mərhələyə keçdiyini göstərir. Artıq Zəngilan rayonunun 2040-cı ilədək inkişafını əhatə edən baş plan təsdiqlənib, yaşayış kompleksləri, sosial obyektlər və sənaye sahələri inşa olunur. Dövlət başçısının 2023-cü il 31 iyul tarixli sərəncamı ilə 20 oktyabr “Zəngilan Şəhəri Günü” elan olunub. Bu, həm simvolik, həm də strateji qərardır – azad edilmiş torpaqların dirçəlişinə verilən yüksək dəyərin göstəricisidir. Zəngilan artıq yalnız keçmişin deyil, eyni zamanda gələcəyin şəhəridir. Bu torpaqlara həyat, sülh və inkişaf qayıdır. Və bu dönüşün müəllifi – cənab Prezident İlham Əliyevin əzmkar, uzaqgörən və milli maraqlara söykənən liderliyidir”.

Tarix
2025.10.20 / 10:15
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni cinayətkarların məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla