Yuxarı

Ukraynadan sonrakı qurban: Konkret tarix açıqlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynadan sonrakı qurban: Konkret tarix açıqlandı

Əgər Putin Ukraynada qalib gəlsə, Rusiya qaçılmaz olaraq Avropanı işğal edəcək və ilk qurban Estoniya olacaq.

Axar.az “Nyusvik”ə istinadən xəbər verir ki, bu barədə alman politoloq Karlo Masala yazıb.

O, “Rusiya qalib gəlsə: ssenari” kitabında Rusiyanın Ukraynada qələbəsindən sonra baş verəcək hadisələri təsvir edir. Qələbə dedikdə o, Rusiyanın Krımdan əlavə Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin bütün ərazisini ələ keçirməsi, Ukraynanın isə öz növbəsində qanuni olaraq hərbi neytrallığını bəyan etmək məcburiyyətində qalması vəziyyətini nəzərdə tutur.

Masala bildirib ki, gələcək hadisələri Donald Trampın Rusiyanın işğalı halında Avropanı müdafiə etmək istəməməsi, eləcə də bugünkü Avropanın özünü müdafiə edə bilməməsi müəyyən edəcək.

Rusiya ilk növbədə çoxlu etnik rusların yaşadığı böyük sərhəd şəhəri Narvanı işğal edərək Estoniyaya zərbə vuracaq. İşğala bəhanə kimi şəhər sakinlərinin Estoniya mərkəzi hökumətinin təzyiqinə qarşı Moskvadan ruhlanan etirazları olacaq.

Masala öz kitabında 2028-ci il martın 27-də səhər saatlarında partlayışların gurultusu ilə müşayiət olunan Rusiyanın Narvaya hücumunu və şəhərin rus qoşunları tərəfindən bir neçə saat ərzində sürətlə ələ keçirilməsini modelləşdirir.

Bu, qismən ruslar tərəfindən əvvəlcədən silahlanmış bəzi yerli sakinlərin köməyini də əhatə edəcək.

“Mən düşünmürəm ki, Putin Sovet İttifaqını yenidən yaratmaq istəyir. O, bütövlükdə Avropaya hökmranlıq etmək istəyir”, - Masala bildirib.

Tarix
2025.10.20 / 09:00
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla