Yuxarı

SSRİ-nin üzqarası: saqqıza görə 21 nəfər ölmüşdü - Video

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
SSRİ-nin üzqarası: saqqıza görə 21 nəfər ölmüşdü - Video

10 mart 1975-ci ildə Moskvanın “Sokolniki” idman sarayında Kanada və SSRİ-nin gənclərdən ibarət yığmalarının görüşü faciə ilə bitir.

Kult.az xəbər verir ki, Kanadanın gənclərdən ibarət komandası yoldaşlıq görüşləri keçirmək üçün SSRİ-yə səfər edir.

Matçların keçirilməsində Kanada xokkeyçilərinə ABŞ-ın məşhur “Wrigley” saqqız şirkəti sponsorluq edir. Komanda ilə şirkət arasında imzalanmış müqaviləyə əsasən, hər kanadalı oyunçuya 15 kiloqramlıq qutularda şirkətin istehsal etdiyi saqqız verilir. Oyunçular da həmin saqqızları azarkeşlərə paylamalı imişlər.

Matçın sonunda kanadalı oyunçular saqqızları ovucla tribunalara atırlar. Həmin dövrdə SSRİ-də defisit sayılan saqqızları ələ keçirmək üçün azarkeşlər əsl mübarizəyə başlayırlar. Tribunalarda yaranan sıxlıq nəticəsində insanlar bir-birini tapdayır. İnsanların ağırlığına davam gətirməyən tribunalardakı oturacaqlar da çökür.

İkinci bir sıxlıq isə “Sokolniki”nin ikinci çıxışının qarşısında yaranıb. Kanadalıların avtobuslarının dayandığı yerdə də saqqızlar ovucla göyə atılır. Az qala biri-birinin üstünə çıxan yeniyetmələr ayaqları altında qalan həmyaşıdlarının fərqinə belə varmırlar.

Hadisə yerinə əlavə milis qüvvələri, 30-dan artıq təcili tibbi yardım maşını cəlb edilir.

“Sokolniki”də saqqız uğrunda gedən mübarizədə 21 nəfər həyatını itirir, 25 nəfər isə xəsarət alır.

Bu hadisə SSRİ-nin üzqarası kimi tarixə düşür. Politbüronun qərarı ilə hadisə haqda heç bir məlumat verilmir və insident ört-basdır edilir.

Amma bu hadisədən sonra SSRİ-də saqqızın kütləvi istehsalına başlanılır.

Tarix
2025.10.03 / 11:03
Müəllif
Kult.az
Digər xəbərlər

Prezidentdən Danimarka səfəri ilə bağlı paylaşım - Foto

Paşinyanın təyyarəsi ilə Qarabağa silah daşınıb - Təsdiq

Erməni konsul azərbaycanlı sevgilisindən bu qədər pul alırmış

Putin Trampa cavaba cəsarət etmədi, “NATO” dedi...

Bakı ilə buna nail olduq: Rusiya üzdə tərifləyir, amma...

Bu seçkilər milli qurtuluşa aparan yolun başlanğıcıdır

İlham Əliyev onlara məktub göndərdi

"Vətənə xəyanət" işi: DTX tərəfindən izlənilmək qorxusu...

Bakıda forum keçirilir

Trenajor zalları sağlamlığın düşmənidir - Məşhur loğman

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla