Yuxarı

Heydər Əliyevin gözlərinə baxmaq olmurdu – Şair

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heydər Əliyevin gözlərinə baxmaq olmurdu – Şair

Tanınmış şair, əməkdar incəsənət xadimi Baba Vəziroğlu "Sevilənlər" verilişinin qonağı olub.

Ölkə.az-ın məlumatına görə, şair Nərgiz Cəlilovanın aparıcısı olduğu proqramda xeyli maraqlı və səmimi açıqlamalar verib:

"Hərdən məndən soruşurlar ki, İsmayıllıya getmişdin, şeir yazdınmı? Bu, yaradıcılığa yüngül yanaşmadır. Çünki şair ətrafı yox, öz içini yazır. Məsələn, siz bir yaşıl çinarı gözəllik kimi görürsünüz, amma mən onun həm yeni əkilən vaxtını, həm də qocalığını görə bilirəm. Bilmirəm, bu yaxşıdır, yoxsa pis?"

B.Vəziroğlu Heydər Əliyevə həsr etdiyi məşhur şeirdən də danışıb:

"80-ci illərdə mən gənc yazıçıydım. O vaxt Yazıçılar Birliyinin sədri olan İmran Qasımovun referentiydim. Və bildiyiniz kimi, Ümummilli lider Heydər Əliyev bölgələrə səfər edəndə yazıçıları, şairləri də özüylə aparırdı. Həmin məclislərdə mən də iştirak etmişəm. Bəzən 4-5 nəfərlik çevrədə baş tutan görüşlərdə olurdum. Necə zəhmli və zabitəli idisə, onun yanında çay içə bilmirdik. O adamın gözlərinə baxmaq olmurdu. Və bu şeir də bir gündə yazılmayıb, illərin müşahidələridir. O şeirdə may ayı var. Fikir verirsiniszə, orada Heydər Əliyevin ölümündən söz açılmır".

B.Vəziroğlu sifarişlə yazdığı şeirlərdən də danışıb:

"Bəli, sifarişlə də şeir yazmışam və bu mənim peşəkarlığımın hesabına mümkün olub. Axı mən kim üçünsə dostam, kim üçünsə vətəndaşam, bir idarənin işçisiyəm, bir ailənin başçısıyam. Əgər dostumun oğlunun doğum günüdürsə, əmisi ona necə bir şeir həsr etməsin. Bəzən sifarişlə yazdığım şeirlər mənə maddi, bəzən mənəvi dividendlər gətirib. Bu mənada sifarişlə şeir yazmaqda pis heç nə görmürəm".

Tarix
2016.10.17 / 13:26
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramovdan Arakçıya: Araşdırma tamamlanmalıdır!

Qurbanqulu Berdiməhəmmədov Bakıya gələcək

Sikorski Azərbaycana dron hücumlarını pislədi

Laricani öldürüldü - Katz elan etdi

Ermənistan üzərindən Bakıya uçan hərbi təyyarə...

Milli Məclisin iclası başladı

Bayramov pakistanlı həmkarı ilə danışdı

Vardanyanın müraciətləri araşdırıldı

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

PA rəsmisinin Azıx mağarasından paylaşımı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla