Yuxarı

Xərçəngə yoluxan əməkdar artistdən - Açıqlama

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən pessimist insan deyiləm, inşallah, hər şey yaxşı olacaq.

Bunu Teleqraf.com-a açıqlamasında tanınmış aktrisa, əməkdar artist Kəmalə Müzəffər deyib.

O, üzündə xərçəngin bazalyoma növünün aşkarlanması ilə bağlı yayılan xəbərə münasibət bildirərkən vurğulayıb: "Üzümün sol payında yaranan problemlə bağlı iki dəfə əməliyyat olunmuşam. Sadəcə, əvvəlcə o paydan götürülən törəmə analizə verilməmişdi. Ona görə bunun xəstəlik olduğundan xəbərsiz idik. Sonuncu dəfə "Medikal Plaza" klinikasının həkimi Araz Salmanov dedi ki, bu xəstəliyə oxşayır və onu analiz etməliyik. Prosedura uyğun olaraq üzümün sol payından götürülən törəmə əkməyə verildi və on gündən sonra xəbər gəldi ki, həkim yanılmayıb, bu, xərçəngin bazalyoma növüdür".

Bir ay bundan öncə əməliyyat olunduğunu bildirən aktrisa hazırda həkim nəzarətindədir: "Həmin yer tamamilə təmizlənib, onun yerinə dəri köçürülüb. Hələ ki, tam sağalmayıb, amma hiss edirəm ki, yavaş-yavaş sağalır. Hazırda həkim nəzarətindəyəm".

Aktrisa üzündə yaranmış problemin "Vicdan haqqı" serialının çəkilişlərinə mane olmadığını da deyib: "Çəkilişlərim davam edir. Çəkiliş zamanı üzümün həmin nahiyəsini qrimlə örtürəm. Mən pessimist insan deyiləm, inşallah, hər şey yaxşı olacaq".

Qeyd edək ki, Kəmalə Müzəffərdə xərçəng xəstəliyinin aşkar olunması ilə bağlı ilk məlumatı "Kriminal.az" saytı yayıb.

Tarix
2016.11.23 / 23:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla