Yuxarı

Yeni konsepsiyalı ilk kompleks: kitabxana açıldı - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində olan Sabunçu rayon MKS-nin 1 saylı filialının M.Şəhriyar adına kitabxananın rekonstruksiyadan sonra açılışı olub.

Mədəniyyət və Turizm Nazirliyindən Kult.az-a verilən məlumata görə, kitab evi tərzində qurulan yeni nəsil kitabxananın əsas ideyası 5 minə yaxın yeni və müasir kitablardan ibarət fondun daima yenilənməsi, oxucuya sərbəst seçim imkanın verilməsi, həmçinin əhalinin hər sahədə daha geniş məlumat əldə etməsidir.

Tədbirdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, nazir müavinləri Ədalət Vəliyev və Vaqif Əliyev, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev və müavini Arzu Məmmədova, Milli Məclisin deputatı Fazil Mustafa, mədəniyyət işçiləri və media nümayəndələri iştirak ediblər.

Ə.Qarayev çıxışında qeyd edib ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşəbbüsü ilə yaradılan müasir kitabxana kompleksi qəsəbə sakinlərinin və gənclərin asudə vaxtlarının mənalı keçirmələrinə xidmət edəcək, dünya ölkələrində tətbiq edilən bu ideya artıq Bakının Sabunçu qəsəbəsində ilk olaraq reallaşdırılıb və 2017-ci ilin sonuna qədər paytaxtın bir neçə rayonlarında da kompleks kitabxanaların açılışı nəzərdə tutulub.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və deputat Fazil Mustafa kitab evinin qəsəbə sakinləri üçün çox əhəmiyyətli olduğunu vurğulayıblar.

Tarix
2017.03.28 / 20:34
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla