Yuxarı

İtalyan oxuculara Azərbaycandan sürpriz

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
İtalyan oxuculara Azərbaycandan sürpriz

"Yarımçıq əlyazma" italyan dilində də çap olunacaq.

İtaliyanın məşhur nəşriyyat evlərindən olan "Sandro teti editore" nəşriyyatı yazıçı Kamal Abdullanın "Yarımçıq əlyazma" romanını italyan dilində çapa hazırlayır.

Axar.az xəbər verir ki, əsəri italyan dilinə romanın rus və ingilis dili versiyasından rus dili mütəxəssisi və tərcüməçi Danieli Franzione tərcümə edib. Ön sözün müəllifi Orta əsrlər ədəbiyyatı və mədəniyyəti, eləcə də sivilizasiyalararası münasibətlər üzrə mütəxəssis, Florensiya Universitetinin deportamentin rəhbəri professor Franko Kardini, kitabın redaktoru isə professor Bernardenidir. Kitab çap olunana qədər isə italyan oxucular romanla ilkin tanışlıq imkanı əldə edəcəklər.

İtaliyanın məşhur "Sole 24 Ore" qəzeti əsəri 3 ay ərzində hissə-hissə oxuculara təqdim edəcək. Qəzet yalnız həftənin bazar günləri mədəniyyət xəbərlərini təqdim edir. Qəzetin bu buraxılşında dünyaca məşhur yazarların əsərləri yayımlanır. "Yarmçıq əlyazma" əsəri də elə bu səhifədə çap olunacaq. Gündəlik maliyyə-iqtisadiyyat xəbərlərini yayımlayan qəzetin bir ədəbiyyat nümunəsinə - "Yarmçıq əlyazma" romanına marağı və diqqəti çağdaş Azərbaycan ədəbiyyatının böyük uğuru, eyni zamanda əsərin əhəmiyyətinin, dəyərinin göstəricisidir.

Xatırladaq yazıçı Kamal Abdullanın "Yarımçıq əlyazma" romanı "Le Manuscrit inacheve" adı ilə Fransada, "Eksik əl yazması" adı ilə Türkiyədə, Rusiyada "Неполная рукопись", Brazilyada "O Manuscrito İnacabado", Polşada " Zagadkowy Rykopis", ABŞ-da "The İncomplete Manuscript", Qazaxıstanda "Толык емес колжазба", Avstriyada isə "Das unvollstandige manuscript" adı ilə çap edilib.

Tarix
2014.07.03 / 20:10
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla