Yuxarı

Ər-Riyadın tənqid etdiyi türk paşası kimdir? – Çöl aslanı...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk əsgərinə "məhmədçik" adı Fəxrəddin Paşanın başçılığı ilə Osmanlı əsgərlərinin Mədinəni qəhrəmanca müdafiə etməsindən sonra verilib.

Kult.az xəbər verir ki, bu məlumatı siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev paylaşıb. Alim bildirib ki, ingilis kəşfiyyatçısı Lavrens Fəxrəddin Paşanı Mədinə müdafiəsindəki qəhrəmanlığına görə “Çöl aslanı” adlandırmışdı:

“Döyüşə gedən zaman Paşa zəif bir əsgərin yeriməkdə çətinlik çəkdiyini görmüşdü. Paşa dəvəsindən enmiş və: “Qardaşlarım! İstənilən vəziyyətdə hər şeyimizi paylaşmalıyıq”, – deyərək əsgəri öz dəvəsinə mindirmişdi, özü isə yoluna piyada davam etmişdi”.

Alim qeyd edib ki, Fəxrəddin Paşa hökumətin “müqavimətə son qoymaq və təslim olmaq” istiqamətindəki əmrlərinə məhəl qoymurdu:

“Mədinənin açarlarını bir ingilis kapitana təslim etməkdənsə, döyüşərək şəhid olmağı üstün tutub. Mədinədən çıxan zaman orda talançılıq etmək üçün hazırlaşan ingilislərin əlinə dini dəyərlər keçməsin deyə, Peyğəmbərimizin bu şəhərdəki məzarına Osmanlı padşahları tərəfindən göndərilən hədiyyələri, başqa sözlə desək, möhtəşəm xəzinəni çox çətinliklə möhürlü sandıqlarla İstanbula göndərir. Onlar orda qalsa idi, ingilislər onları şəxsi kolleksiyalarına götürücəklərdi”.

Alimin sözlərinə görə, o, 1919-cu il yanvar ayının 13-də təslim olub:

“Beləliklə, Mədinədə 400 il davam edən türk hakimiyyətinə son qoyulur. İngilislər tərəfindən “Çöl aslanı” adlandırılan Fəxrəddin Paşa hərbi əsir kimi əvvəlcə Misirə, daha sonra isə Maltaya göndərilir. Maltada iki il 33 gün sürgündə qaldıqdan sonra 1921-ci ilin aprel ayının 8-də bəraət alır. Bundan sonra Mədinə aslanı F.Türkqan Türkiyəyə qayıdıraq milli azadlıq mübarizəsinə qoşulur. 1921-ci ilin 9 noyabr tarixli fərmana əsasən, Fəxrəddin Paşa Türkiyə Respublikasının Əfqanıstandakı səfiri vəzifəsinə təyin olunur. Diplomatik fəaliyyətindən sonra Ömər Fəxrəddin Paşa Türkiyənin hərbi prokurorluq orqanlarında işləyir və 1936-cı ildə təqaüdə çıxır. “Çöl aslanı” və “Mədinə aslanı” ləqəbləri ilə anılan Ömər Fəxrəddin Paşa 1948-ci il noyabr ayının 22-də dünyasını dəyişir”.

Qeyd edək ki, Ər-Riyad Fəxrəddin Paşanı Mədinəni talan etməkdə təqsirləndirmiş, Türkiyə lideri isə çox sərt şəkildə buna cavab vermiş, “Türklər Mədinəni müdafiə edib, qanlarını tökəndə sizin babalarınız harada idi” deyə bildirmişdi.

Tarix
2017.12.25 / 09:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Birbaşa sülh danışıqları Cənubi Qafqazda... - Bayramov

4 kəndin geri qaytarılması regionda... - Yıldız

Əli Xamenei azərbaycanlı milyarderi əfv etdi

Ermənilər qorxuda: Almatı danışıqlarının arxasındakı ölkə...

Doha Bəyannaməsi qəbul edildi: 4 kəndin qaytarılması, sülh...

Bayramov Qətərin baş naziri ilə görüşdü

253 azərbaycanlı Ermənistana aparılıb - Səmədov

Makron geri çağırdığı səfiri niyə Bakıya qaytardı? - İsti şərh

Almatı Bəyannaməsində sərhəd varmı? - Tam mətn

Türk ordusu bu ölkəyə girir: 300 km en, 40 km dərinlik…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla