Yuxarı

Zabit Səmədovla görüş keçirildi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 17-də YARAT Müasir İncəsənət Mərkəzində tanınmış idmançı, kikboksçu Zabit Səmədov ilə görüş keçirilib.

Kult.az xəbər verir ki, görüşdə Zabit Səmədov karyerası, keçirdiyi qarşılaşmalar, qazandığı nailiyyətlər barədə iştirakçılara məlumat verib. Azərbaycanda yaxın vaxtlarda yeni kikboks məktəbinin açılacağını qeyd edən Z.Səmədov ölkəmizdə idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Tanınmış idmançı YARAT Müasir İncəsənət Mərkəzində açılan “Dağılaraq zirvələrə doğru qalxırıq” adlı sərgi ilə də tanış olub.

Qeyd edək ki, Zabit Səmədov 1984-cü ildə Gürcüstanda dünyaya göz açıb. Doqquz yaşından idmana maraq göstərməyə başlayan Zabit əvvəllər məşqçi Əziz Dursunovun rəhbərliyi ilə altı ay karate ilə məşğul olub. Sonra muay-tay idman növünə üz tutub. O, 1998-ci ildən Minskdə məşhur “Chinuk GYM” klubunda fəaliyyətini davam etdirir. İdmançımız bu klubda dünya çempionu Dmitri Pyaçeski ilə məşq edir.

Tanınmış idmançı karyerasında peşəkar kikboksinq üzrə bir neçə dəfə dünya və Avropa çempionu, Qran-Pri mükafatının sahibi olub.

Tarix
2018.01.18 / 00:56
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

ABŞ səfiri Şuşaya getdi - Foto

Bakının milli mövqeyi hörmətə layiqdir - Kosaçev

Azərbaycanın Çexiyadan haubitsa alır - Özəllikləri

SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır!

Dəhliz savaşı qızışır: İran Dehliyə imkan vermir…

Prezident İqor Babuşkini qəbul etdi

Bayramovla Mirzoyanın görüş tarixi dəqiqləşdi

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

Bu ərazilər Ordumuzun nəzarətinə keçdi

Delimitasiya Kirantsa çatdı: kənd bölünür – Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla