Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Fevral 2019


Fond 14 Fevral gününü qeyd etdi – Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü (İnternational Book Giving Day) münasibətilə mütaliənin təbliği istiqamətində silsilə tədbirlər həyata keçirib.

Kult.az xəbər verir ki, Fondun əməkdaşları "İmzalı görüş" layihəsi çərçivəsində uşaq yazarı Aygün Bünyadzadə ilə birlikdə "Ümid İşığında" Uşaqların Sağlam Gələcəyi İctimai Birliyinin nəzdində reablitasiya kursu keçən fiziki qüsurlu uşaqlarla görüşüblər.

Görüşdə uşaq yazarı müəllifi olduğu hekayələri oxuyub və dinləyicilərlə fikir mübadiləsi aparıb. Fondun nümayəndələri A.Bünyadzadənin kitablarını azyaşlı oxuculara hədiyyə ediblər.

Həmin gün Bilik Fondundan kitab hədiyyəsi alan qurumlardan biri də Respublika Talassemiya Mərkəzi olub. Mərkəzin direktoru Valeh Hüseynov Fondun fəaliyyətini yaxından izlədiyini, xüsusən mütaliə mədəniyyətinin təbliği ilə bağlı aksiyalarının üstünlüklərini vurğulayıb. Direktor Fondun hədiyyə etdiyi kitabları Mərkəzdə müalicə alanlara təqdim edib.

Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə Fondun Feysbuk səhifəsində elan edilən "Oxuyaq, öyrənək, öyrədək" adlı aksiyanı da izləyicilər məmnunluqla qarşılayıblar. Fevralın 14-də 100-dən çox yeniyetmə və gənc Fonda gələrək, kitab hədiyyələrini seçiblər. Aksiyaya tələbələrlə yanaşı, tanınmış şəxslər, jurnalistlər və ictimaiyyət nümayəndələri qatılıblar.

Oxucular seçdikləri müxtəlif məzmunlu kitabları həvəslə mütaliə edəcəklərini bildirib və belə aksiyaların davamlı olmasını arzulayıblar.

Tarix
2018.02.14 / 22:55
Müəllif
Kult.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

İranda 5 min illik insan skeleti tapıldı

Tailand gözəli Bakıda yaşayacaq - Foto

Əsrlər sonra açıqlandı: Hürrəmin məktubları

ADU haqda yayılan yalana etiraz: Öz vəzifəmdəyəm

Rektordan tələbələrinə: Siz bu nisgili aradan qaldırın!

Gürcüstanın Azərbaycanla sərhəddəki planı

Türkiyədə 1921-ci ilə aid qəbiristanlıq aşkarlandı

Bakıda BMT Mədəniyyət Parkı yaradılır

Azərbaycan qadınlarının cəsarətinə heyranam - Dönübur

Evinə pivə borusu çəkilən Nobel mükafatçısı

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla