Yuxarı

Leyla Əliyeva bulvarda açılış mərasimində - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Dənizkənarı Milli Parkın yeni bulvar hissəsində açıq havada qurulmuş idman meydançasının rəsmi açılışı olub.

Kult.az xəbər verir ki, Leyla Əliyeva açılış mərasimində iştirak edib. Leyla Əliyeva və Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev idman meydançasının rəmzi açılışını bildirən lenti kəsiblər.

Sonra Leyla Əliyeva və mərasim iştirakçıları idman meydançasında yaradılan şəraitlə tanış olublar.

İdman meydançası IDEA İctimai Birliyi və CAVAN Gənclər Hərəkatının birgə həyata keçirdiyi "Street Workout” (küçə məşqi) layihəsi çərçivəsində qurulmuş ilk meydançadır. "Street Workout” idman növünün xüsusi standartları nəzərə alınaraq, bu meydançada idmançılar və fiziki imkanları məhdud olan şəxslərin rahat məşq edə bilmələri üçün hər cür şərait yaradılıb.

Açılış mərasimində Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Azərbaycanın Olimpiya, dünya və Avropa çempionları, şəhər ictimaiyyətinin nümayəndələri bu təşəbbüsü yüksək qiymətləndirib, bütün idmansevərlər adından Leyla Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Layihənin əsas məqsədi sağlam həyat tərzini təşviq etməklə ölkəmizdə həyata keçirilən idman siyasətinə dəstək verməkdən ibarətdir. Ümumiyyətlə, gənclərin mənəvi və fiziki sağlamlığı, eləcə də ətraf mühitin mühafizəsi və davamlı inkişafın təşviqi IDEA İctimai Birliyinin fəaliyyətində prioritet istiqamətlərindən biridir.

Paytaxtımızın incisi olan Dənizkənarı Parkda şəhərimizin sakinlərinə və qonaqlarına xidmət edəcək bu idman meydançası dünyada getdikcə populyarlaşan və sürətlə inkişaf edən "Street Workout” idman növünün ölkəmizdə kütləviliyinin artırılmasına mühüm töhfə verəcək.

Gələcəkdə ölkəmizin digər yerlərində də müvafiq idman meydançalarının yaradılması nəzərdə tutulur.

Tarix
2018.03.05 / 20:49
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla