Yuxarı

Nəcibə Məlikova son nəfəsində o kişini arzuladı - Axar TV

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəcibə Məlikova... Film kimi həyat yaşayan aktrisa...

O, 1921-ci il oktyabrın 25-i Bakının Buzovna kəndində anadan olub. Xalq artisti çox parlaq, eyni zamanda da çox keşməkeşli ömür sürüb.

Məlikova ilk vaxtlar aktrisa olmaq istəmir. Lakin 10-cu sinfi bitirəndən sonra Teatr İnstitutunda fəaliyyətə başlayır və burada oxuduğu müddətdə onda aktrisalığa böyük sevgi yaranır. O, 1943-cü ildə institutu bitirir və təyinatla Gəncə Dram Teatrına göndərilir. Həyatının ən gözəl və ən kədərli anlarını da demək olar ki, burada yaşayır.

Belə ki, Gəncənin tanınmış adamlarından olan Nəsrəddin adlı şəxs Nəcibə xanımın oynadığı bütün tamaşalara gəlirdi. Nəsrəddin bəy artıq bir dəfə evli olmuşdu və bu evlilikdən Fuad adlı övladı da var idi.

Bir müddət sonra Nəcibə xanım Nəsrəddinlə ailə qurur və bu nikahdan Saqib adlı bir övladı dünyaya gəlir. Aktrisa hər iki uşağa eyni qayğı, eyni sevgi ilə yanaşır, lakin qayınanası heç cür Nəcibə xanımı qəbul edə bilmir və evdə tez-tez söz-söhbət salır. Bu azmış kimi, həyat yoldaşı ona “sənətdən ayrılmalısan” tələbini irəli sürür.

Nəsrəddinin yalan və xəyanətlərindən yorulan aktrisa ondan boşanaraq oğluyla birlikdə Bakıya gəlir. Nəsrəddin isə Nəcibə xanımdan sonra üçüncü dəfə də ailə qurur, lakin 30 yaşında faciəli şəkildə vəfat edir.

Daha ətraflı Axar TV-nin təqdim etdiyi süjetdə:

Tarix
2018.03.15 / 07:00
Müəllif
Ülkər Həsənova
Şərhlər
Digər xəbərlər

ABŞ səfiri Füzulidə - Foto

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla