Yuxarı

Stalinin böyük düşməni: “Sonum yaxınlaşıb...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Stalinin böyük düşməni: “Sonum yaxınlaşıb...”

Bolşevizmin görkəmli dövlət xadimi Lev Davıdoviç Trotskinin 8 iyun 1940-cı ildə qələmə aldığı vəsiyyətnaməsi kövrək və zərif duyğulu olması ilə seçilir.

Axar.az vəsiyyətnamədən bir parçanı təqdim edir.

Yüksək (və getdikcə daha da yüksələn) qan təzyiqi gerçək durumum barədə ətrafdakıları aldadır. Mən fəalam və iş qabiliyyətim yerindədir, ancaq, sonum, görünür, yaxınlaşıb. Bu sətirlər mənim vəfatımdan sonra dərc ediləcək.

Burada Stalin və onun agenturasının sarsaq və alçaq böhtanını bir daha təkzib etməyə ehtiyacım yoxdur: mənim inqilabçı vicdanımda bir damçı da olsa ləkə ola bilməz. Mən heç vaxt fəhlə sinfinin düşmənləriylə nə birbaşa, nə də dolayısıyla heç bir gizli razışalmaya, yaxud hətta danışıqlara da girməmişəm. Stalinin minlərlə rəqibi bu cür yalan ittihamın qurbanı olub. Yeni inqilabçı nəsil onların siyasi şərəfini bərpa edəcək və Kremlin cəlladlarını layiqincə cəzalandıracaq.

Həyatımın ən çətin anlarında mənə sadiq qalan dostlarıma dərindən təşəkkür edirəm. Heç birinin adını ayrı-ayrılıqda çəkmirəm, çünki hamısının adını deyə bilmərəm.

Ancaq hesab edirəm ki, dostum Natalya İvanovna Sedovanı istisna etməyə haqqım çatır. Tale sosializm işi uğrunda mübariz olmaq xoşbəxtliyi ilə yanaşı onun əri olmaq xoşbəxtliyini də mənə nəsib edib. Təxminən qırx illik birgə həyatımız ərzində o, sevgi, alicənablıq və zərifliyin tükənməz mənbəyi olaraq qalıb.

O, çox böyük iztirablardan keçib, xüsusilə də həyatımızın son dönəmlərində. Ancaq mən yalnız onunla təsəlli tapıram ki, o, xoşbəxt günləri də dadıb.

Şüurlu ömrümün otuz üç ilini inqilabçı olaraq qalmışam, onun otuz iki ilini marksizm bayrağı altında mübarizə aparmışıam. Əgər hər şeyi təzədən başlamalı olsaydım, təbii ki, bu və ya digər səhvlərdən qaçmağa çalışardım, ancaq həyatımın ümumi istiqaməti dəyişməz olaraq qalardı. Mən proletar inqilabçısı, marksist, dialektik materialist və deməli, barışmaz ateist kimi öləcəm. Bəşəriyyətin kommunist gələcəyinə olan inamım indi gəncliyimdə olduğundan heç də az hərarətli deyil, ancaq daha möhkəmdir.

Nataşa indi həyətdən pəncərəyə yaxınlaşdı və onu daha geniş açdı ki, hava otağıma sərbəst daxil olsun. Mən divarın dibindəki parlaq yaşıl ot zolağını, divarın üstündəki təmiz mavi səmanı və hər tərəfə yayılmış günəş şüalarını görürəm. Həyat gözəldir. Qoy gələcək nəsil onu zülmdən, əzabdan, zorakılıqdan təmizləsin və ondan ürəkdolusu zövq alsın.

Qeyd edək ki, L.D.Trotskinin "Gündəlik və məktubları" "Qanun" nəşriyyatı tərəfindən nəşr edilib və artıq satışdadır.

Tarix
2014.08.16 / 09:20
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Prezidentin HDQ qərargahını ziyarətinə dair videoçarx paylaşılıb

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində oldu - Foto

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla