Yuxarı

Şuşaya gedənlərə çağırış: Qətiyyən bunu etməyin!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şuşaya gedənlərə çağırış: Qətiyyən bunu etməyin!

Təəssüf hissi ilə qeyd etmək istəyərdim ki, son zamanlar Şuşaya səfər edən turistlərin davranışında xoşagəlməz hallara rast gəlirik.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov Şuşada daşların üzərinə yazı yazılaraq zədələnməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu, ümumiyyətlə, heç bir tənqidə sığmayan bir davranışdır.

“Həm də hesab edirəm ki, belə hərəkətlər Şuşanın azad olunmasında canını fəda etmiş bizim qəhrəman şəhidlərimizin ruhuna hörməksizlikdir.

Bunun eyni zamanda estetik tərəfi də var. Çünki həmin təbii qayalara, daşlara, digər təbii və tarixi obyektlərə belə yazıların yazılması onların görkəminə ciddi ziyan vurur. Hesab edirəm ki, Şuşa özü bizim üçün bir dəyərə çevrilib. Buna görə də Şuşaya səfər zamanı bu kimi hərəkətlər Azərbaycan cəmiyyətində, ictimaiyyətində narazılıq doğurur və sosial şəbəkələrdə bu məsələ müzakirə predmetinə çevrilmiş məsələlər sırasındadır”, - o bildirib.

Millət vəkili bu məsələlərdə xüsusi bir maarifləndirməyə ehtiyac olduğunu qeyd edib:

“Hər kəs bilməlidir ki, Şuşanın və digər ərazilərimizin işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam, qəti və əbədi təmin edilməsi yolunda böyük bir fədakarlıq, zəhmət var.

Burada bizim müzəffər Prezidentimizin, yenilməz ordumuzun və dəmir yumruğa çevrilmiş xalqımızın tarixi qəhrəmanlığı var və belə hərəkətlər həmin qəhrəmanlıqla, həmin rəşadətlə nəinki üst-üstə düşmür, necə deyərlər, utanc məsələsinə çevrilir. Ona görə də fürsətdən istifadə edib, Şuşaya səfər edən hər bir vətəndaşımıza xitabən söyləyirəm ki, qətiyyən bu hallara yol verməyin, şəhidlərimizin ruhuna hörmətlə yanaşın.

Belə hərəkətlərin baş verməməsi üçün hər bir şəxs özündə məsuliyyət hiss etməlidir”.

Tarix
2026.09.06 / 14:37
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla