Yuxarı

TRT-dən Azərbaycana hörmətsizlik - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
TRT-dən Azərbaycana hörmətsizlik - Video

Türkiyənin TRT kanalı Ermənistanın paytaxtı İrəvandan "mədəni əlaqələrin böyüklüyünü əks etdirən" süjet hazırlayıb.

Kanalbaku-nun təqdim etdiyi süjetdən də görünür ki, İrəvanda oxunan "milli musiqi"nin qədim Azərbaycan havası olmasına rəqmən, aparıcı bu mövzuya ümumiyyətlə toxunmur. Geyimindən tutmuş əllərində tutduqları alətlərə qədər büsbütün oğurluq olan bu "mədəniyyətdən" ağız dolusu danışan aparıcı İrəvandakı Göy Məscidi tanıdarkən bu məscidin kimlər tərəfindən tikildiyini, kimlərin yüz illərlə burada ibadət etdiyi də xatırlatmır. Sadəcə, onu deyir ki, bu məsciddə "İrandan gələnlər ibadət edir". Halbuki elə ötən gün Göy Məsciddə namaz qılmaq üçün Türkiyə müsəlmanlarının etdiyi müraciətə İrəvan rədd cavabı vermişdi.

Bazarda belə erməni satıcı Azərbaycan meyvələrinin adını çəkib, onların azərbaycanca adlarını desə də, aparıcı bu "mədəniyyəti" yaxından tanımamalarından təəssüflə danışmaqda davam edir.

​Azərbaycanın qədim havalarından olan "Yaylığım" mahnısını da müqayisə üçün iki variantda - həm Xan Şuşinski və Şövkət Ələkbərova, həm də Zabit Nəbizadə və Nəzakət Teymurovanın ifasında təqdim edirik.

Tarix
2014.09.08 / 21:47
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla