Yuxarı

Puta qəbiristanlığı hasara alındı: Repressiya qurbanları

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaradağ rayonunun Puta qəsəbəsində şair Mikayıl Müşfiq və digər repressiya qurbanlarına aid olduğu ehtimal edilən qalıqların aşkar edildiyi yer hasara alınıb.

ATV.az xəbər verir ki, artıq aşkar olunan sümüklər də komissiya tərəfindən götürülüb. Müayinələrdən sonra qalıqlar Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təqdim ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı məsələnin araşdırılması üçün Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib. Tapşırığa əsasən, M.Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNT ekspertizasından keçiriləcək. Əgər qalıqların həqiqətən ona məxsus olduğu təsdiqini taparsa, şairin yenidən dəfn olunması ilə bağlı bütün zəruri tədbirlər görüləcək.

Tarix
2018.11.05 / 23:07
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla