Yuxarı

Hüseyn Arifin yubileyi keçiriləcək

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hüseyn Arifin yubileyi keçiriləcək

Xalq şairi Hüseyn Arifin 90 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq.

Axar.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə oktyabr 20-də, saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.

Bir çox elm, mədəniyyət xadimlərinin və müvafiq dövlət strukturlarının iştirak edəcəyi tədbirdə Hüseyn Arifin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq, şeirləri səsləndiriləcək. Habelə, şairin sözlərinə bəstələnmiş musiqilər ifa olunacaq, şairlə bağlı maraqlı video-çarx göstəriləcək.

Qeyd edək ki, 1924-cü ildə Ağstafa rayonunda doğulan Hüseyn Arifin yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib və ona "Xalq şairi" fəxri adı verilib.

Tarix
2014.10.18 / 02:30
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla