Yuxarı

Onların AzTV-yə yolu bağlandı: “Onsuz da toy gətirmir...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində bir qrup tanınmış mədəniyyət və incəsənət xadiminin daxil olduğu Bədii Şura yaradılıb. Şuranın yaradılmasında məqsəd nümayiş olunan ədəbi-bədii və musiqili veriliş, proqram və layihələrdə aparıcıların danışıq, davranış və geyim tərzi (bu, verilişlərə dəvət olunmuş müğənnilərə də aiddir), bədii tərtibatla bağlı Bədii Şura üzvlərinin rəylərinin nəzərə alınmasına xidmət edir.

Mütəxəssislərin fikrincə, şura fəaliyyətə başladıqdan sonra bir çox populyar sima AzTV-nin efirində yer ala bilməyəcək.

Şuranın yaradılmasına münasibət bildirən əməkdar artist Cavanşir Məmmədov Kult.az-a bildirib ki, şura daha çox aparıcıların və incəsənət nümayəndələrinin geyiminə nəzarət etməlidir:

“Çox gözəl qərardır, dəstəkləyirəm. İlk növbədə səhnə geyimlərindən başlamaq lazımdır. Əslində, Bədii Şura bütün kanallarda yaradılmalıdır. Çünki belə getsə, musiqimiz itib-batacaq. Qəzəllər, mahnılar, sözlər düzgün tələffüz olunmur, başqa cür səsləndirilir. TV-də hər şeyə fikir vermək lazımdır. Belə nəzarətin vaxtı çoxdan çatmışdı, hələ bir qədər gecikmişik. AzTV dövlət kanalımızdır, biz hamımız oradan çıxmışıq, oranın yetirmələriyik. Gözümüzü açandan bu kanala baxmışıq. İndi də ən gözəl musiqilər İctimai TV-də və AzTV-də səslənir”.

Əməkdar artist bildirib ki, AzTV-də gənclərlə yanaşı, yaşlı sənət adamları da işə qəbul edilməlidir:
“AzTV-də gənclərimiz işlə təmin olunur, lakin yaşı 50-dən yuxarı olan bəzi müğənnilərimiz işsizdirlər. Toya gedə, dolana bilmirlər. Onları işlə təmin etsələr, daha yaxşı olardı. Bu şəxslər həm gənclərə dayaq olarlar, həm də öz təcrübələrini onlara ötürərlər. Bizim 45-50 illik təcrübəmiz var. Elə mənim özümü də AzTV-də işlə təmin etsələr, buna çox sevinərəm”.

Müğənni Afət Fərmanqızının əvəzinə danışan köməkçisinin mövzu ilə bağlı açıqlaması isə xeyli qəribə oldu:
“Afət Fərmanqızı toy müğənnisidir, AzTV-ni neynir?! O, sənət göstərmir, toya gedir. AzTV toyxanadırsa, getsin, amma Afət xanımı dəvət etsələr də, getməz, çünki AzTV toy gətirmir. O müğənnidir, deputat deyil ki!”

Tarix
2019.02.06 / 23:13
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla