Yuxarı

Tünzalə Ağayeva səfir oldu - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tünzalə Ağayeva səfir oldu - Foto

Aprelin 30-da Belarus Respublikasının ölkəmizdəki səfirliyində tanınmış müğənni və bəstəkar, Azərbaycanın Əməkdar artisti Tünzalə Ağayevaya Minskdə keçiriləcək II Avropa Oyunlarının ulduz elçisi sertifikatının təqdimatı mərasimi keçirilib.

Axar.az xəbər verir ki, Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç müğənninin ölkənin həm yaradıcılıq, həm də idman sahələrində xidmətlərini yüksək qiymətləndirib. Diqqətə çatdırıb ki, “2019-cu il II Avropa Oyunlarının ulduz elçiləri” layihəsi bu möhtəşəm idman tədbirinin təbliğinə, Belarus sakinlərinin və bütün dünya ictimaiyyətinin dünya idmanı üçün bu cür əhəmiyyətli hadisəyə marağının artırılmasına yönəldilib. Səfir Minskdə keçiriləcək Avropa Oyunlarına hazırlıq işlərindən də danışıb.

Göstərilən diqqətə görə minnətdarlıq edən Tünzalə Ağayeva Belarus xalqına qarşıdakı Oyunların keçirilməsində uğurlar diləyib. O deyib: “Üzərimə bu cür fəxri missiya qoyulması mənim üçün böyük şərəfdir və eyni zamanda, yüksək məsuliyyətdir. Göstərilən etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Əminəm ki, Minskdə keçiriləcək Avropa Oyunları yüksək səviyyədə olacaq”.

Azərbaycan Milli Olimpiya Komitəsi baş katibinin müavini, Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev vurğulayıb ki, Tünzalə Ağayeva artıq Bakıda keçirilmiş I Avropa və IV İslam Həmrəyliyi oyunlarında ulduz elçisi titulunu daşıyıb. O, ölkəmizdə Olimpiya hərəkatını yüksək səviyyədə təmsil edib, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib. Azər Əliyev müğənniyə qarşıdakı fəaliyyətində uğurlar diləyib.

Sonda Gennadi Axramoviç ulduz elçisi sertifikatını Tünzalə Ağayevaya təqdim edib.

Tarix
2019.04.30 / 20:45
Müəllif
Kult.az
Digər xəbərlər

MM təsdiqlədi: Bu dövlət rüsumu 50 manat oldu

Azərbaycanın bu modeli 700 milyon insana xidmət edir

Baş nazirdən Şuşa ilə bağlı yeni qərar

Berdiməhəmmədov sabah Gürcüstana səfər edəcək

Burada olmaq həmişə şərəfdir - Hikmət Hacıyev

Türkiyə növbəti dəfə bütövlüyünü qorudu - Vəliyev

Hüseyn Əsgərli bu mərkəzin direktoru təyin edildi

Azərbaycana turist axınının azalmasının səbəbi...

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərin diqqətinə!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla