Yuxarı

Bakıda bunun əyani şahidi olduq - Li

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bunun əyani şahidi olduq - Li

İyulun 1-də Dünya İrs Komitəsinin 43-cü sessiyasının sədri, Mədəniyyət naziri Əbülfəs Qarayev UNESKO-nun İcraiyyə Şurasının sədri Byonq-Hyun Li ilə görüşüb.

Nazirlikdən Kult.az-a bildirilib ki, qonağa ölkəmizdə keçirilən beynəlxalq tədbirdə fəal iştirak etdiklərinə görə təşəkkür edən Əbülfəs Qarayev Azərbaycanın zəngin mədəni irsi haqqında məlumat verib. Bildirib ki, mədəni sərvətlərimizin qorunması və bərpası ölkə başçısının diqqət mərkəzindədir və bu istiqamətdə dövlət səviyyəsində fəal iş aparılır. Həmçinin bu sahədə beynəlxalq əməkdaşlığa da böyük önəm veririk.

Nazir, həmçinin qədim Qəbələ şəhərinin öyrənilməsi məqsədilə koreyalı mütəxəssislərlə birgə tədqiqat işlərinin həyata keçirildiyini diqqətə çatdırıb.

UNESKO-nun İcraiyyə Şurasının sədri Byonq-Hyun Li ölkəmizin bu mötəbər tədbirə yüksək səviyyədə hazırlaşdığını deyib, buna görə Azərbaycan hökumətinə öz minnətdarlığını ifadə edib: “Azərbaycanı dünyada daha çox neft və qaz ölkəsi kimi tanısalar da, ölkəniz həm də zəngin mədəni irsə sahibdir. Biz burada olduğumuz müddətdə bu zənginliyin əyani şahidi olduq”.

Qonaq Azərbaycanın dünyada mədəni irsin qorunması üçün göstərdiyi səyləri yüksək qiymətləndirib.

Tarix
2019.07.01 / 19:00
Müəllif
Kult.az
Digər xəbərlər

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

Qız uşaqları bətndəcə məhv edilir – Təhlükə...

Bakıda var, Tiflisdə var – bəs, İrəvanda niyə yoxdur?

Ərdoğan bu torpağa ayaq basa bilməyəcək – Katz

Azərbaycan XİN Çilini təbrik etdi

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla