Yuxarı

Qaraçinarda qazıntılara başlanıldı - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və Fransa Milli Elmi Araşdırmalar Mərkəzi arasında elmi tədqiqatların aparılmasına dair anlaşma memorandumuna əsasən, Goranboy rayonu ərazisində arxeoloji tədqiqatlara başlanılıb. Beynəlxalq arxeoloji ekspedisiyanın tərkibində Azərbaycan alimləri ilə yanaşı, Fransa və İtaliyanın bir neçə elmi mərkəzindən olan mütəxəssislər iştirak edir.

Kult.az xəbər verir ki, Arxeoloji tədqiqat işləri Goranboy rayonu ərazisində yerləşən, Eneolit dövründən Orta əsrlərədək bir neçə arxeoloji mədəniyyəti özündə əks etdirən Qaraçinar çoxtəbəqəli qədim yaşayış yerində aparılır.

Tarix üzrə fəlsəfə doktorları, arxeoloqlar - Bəxtiyar Cəlilov, Müzəffər Hüseynov və onların fransalı həmkarı Culio Palumbinin rəhbərlik etdiyi beynəlxalq arxeoloji ekspedisiyanın apardığı qazıntıların ilkin nəticələrinə görə, Qaraçinar abidəsi Eneolit, İlk Tunc, Antik və Orta əsrlər dövrlərini əhatə etməkdədir. Əldə edilən maddi mədəniyyət nümunələri və mədəni təbəqə yatımının xüsusiyyətlərinə əsasən abidənin əsas hissəsi Eneolit və İlk Tunc dövrlərinə aid edilir. Arxeoloji qazıntılar zamanı abidənin İlk Tunc dövrü, Kür-Araz mədəniyyəti təbəqəsindən zəngin maddi mədəniyyət nümunələri ilə yanaşı, çiy kərpicdən dairəvi formada inşa olunan tikili qalıqları da aşkar edilib. İlkin tədqiqatlar göstərir ki, Qaraçinar qədim yaşayış yeri Kür-Araz mədəni təbəqəsinin qalınlığı baxımından Cənubi Qafqaz ərazisində qeydə alınan ən böyük abidələrdən biridir.

Qaraçinar qədim yaşayış yerində aparılan arxeoloji qazıntılarda iştirak etmək üçün İtaliyadan dəvət olunmuş topoqraf mütəxəssis tərəfindən abidənin geniş topoplanı və qazıntı sahəsinin 3D görüntüləri hazırlanıb. Abidədə aparılan tədqiqatlar zamanı müasir elmin tələblərinə uyğun metod və üsullardan istifadə edilib, fotoqrammetrik çəkilişlər aparılıb və beynəlxalq laboratoriyalarda analiz etmək üçün müxtəlif artefaktlardan nümunələr götürülüb.

Qeyd edək ki, xarici mütəxəssislərin iştirakı ilə Azərbaycan ərazisində aparılan arxeoloji qazıntıların nəticələrinə dair beynəlxalq konfranslarda birgə elmi məruzələr edilməsi və nüfuzlu jurnallarda elmi məqalələrin nəşri nəzərdə tutulur.

Tarix
2019.07.02 / 20:43
Müəllif
Kult.az
Digər xəbərlər

QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…

COP29-un bağlanış iclası keçirilir - Canlı

Brandon Vu COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...

Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?

İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar

ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou

Prezidentdən qərar: Bu agentlik ləğv olunur

İlham Əliyev fərman imzaladı

Berbok Bakıda, görün, nələrlə məşğuldur – İnanılmaz

Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla