Yuxarı

TV-lərimizdə mühüm dəyişiklik gedir - Ekspert

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
TV-lərimizdə mühüm dəyişiklik gedir - Ekspert

Son dövrlər televiziyalarda bir sıra yeniliklər müşahidə olunur. Belə ki, AzTV və İTV-də debat formatlı yeni verilişlərin yayımlanması, studiyaların yenilənməsinin şahidi oluruq. Hətta “Speys” televiziyası da artıq daha maraqlı layihələrə start verib. Sözügedən kanalın “Sadə həqiqətlər” verilişinin ilk buraxılışında Baş nazir Novruz Məmmədovun qonaq olması maraq doğurub.

Ümumilikdə televiziyalardakı bu dəyişikliklər tamaşaçılar tərəfindən təqdir edilir.

Məsələ ilə bağlı Kult.az-a danışan media eksperti Qulu Məhərrəmli bu yeniliklərin daha çox rəhbər dəyişikliyi ilə bağlı olduğunu söyləyib:

“Televiziya sahəsində baş verən hər bir yenilik təqdirəlayiqdir. Fikrimcə, bu dəyişikliklər heç bir halda kosmetik olmamalıdır. Biz o prosesə dəyişiklik deyirik ki, davamlıdır, məzmunludur və mahiyyəti ifadə edir. Bu gün açılan proqram bir aydan sonra bağalanacaq, televiziya əvvəlki məcrasına qayıdacaqsa, buna artıq dəyişiklik demək olmur.

Məsələn, hazırda İTV-də dəyişikliklər gözə çarpır. Hesab edirəm ki, bütün bunlar indiyə qədər bu televiziyada olmayan mahiyyət dəyişiklikləridir. Yəni məzmuna doğru dəyişikliklər gedir. AzTV-də görüntünün dəyişməsi prosesi var. Amma ona baxmaq lazımdır ki, bu kanallarda bir süjet nə dərəcədə gözəl hazırlanır, əvvəlki süjetlərdən necə fərqlənir? Xəbər süjetinin elementləri nə dərəcədə gözlənilir? Buna görə də dəyişikliklərin məğzinə varmaq lazımdır.

Televiziyalardakı bu yenilik qətiyyən onların tənqidlərdən dərs çıxarması ilə bağlı deyil. Yeni adamlar gəlir və onlar özlərini müəyyən şəkildə ifadə edirlər. Amma vacib olan yeniliklərin sistem halını almasıdır”.

Ekspertin sözlərinə görə, televiziyalarımız mahiyyət dəyişikliyi ilə bağlı ciddi addım atsalar, Azərbaycan tamaşaçısını efirə qaytarmaq olar:

“Ekranda sifətlərin, formatların dəyişməsi vacibdir. Məsələn, Xəzər TV-də də qrafik elemetlər çoxalıb və s. Amma vacib olan məzmun dəyişikliyidir.

Ümumilikdə bu yenilikləri alqışlamaq lazımdır. Ən azı televiziyaları donuq vəziyyətdən çıxarmaq cəhdi çox gözəldir. Çünki uzun illər bu televiziyalarda yalançı kosmetik yenilənmələrdən başqa heç bir dəyişiklik olmayıb. Bizim televiziyalarımızın əsas problemlərindən biri də kənar müdaxilələrdir. Bu, bir çox hallarda onları inkişafdan saxlayır.

Çalıb-oynamağın, deyib-gülməyin də bir həddi olmalıdır. Mənə elə gəlir ki, bu cür addımlarla Azərbaycan tamaşaçısını efirə qaytarmaq olar. Bizim televiziyalarımızın bunun üçün potensial imkanları var. İş sistemini, idarəçiliyi, yanaşmanı dəyişməklə məqsədə nail olmaq mümkündür”.

Tarix
2019.09.06 / 08:45
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Azərbaycan və Ermənistan rəsmiləri Cenevrədə görüşdülər

Tramp Əliyevlə qurduğu sıx əlaqələrlə fəxr edir - Səfir

Murad Köhnəqalanın ailəsini aldadıb, torpağını ələ keçirdilər

Xocalı soyqırımının qurbanlarının qisası alınıb...

Bayramov Fuad Oqtay və Şamxaradze ilə görüşdü

Fuad Oqtay Bakıda Türk Şəhidliyini ziyarət etdi

Asif Məmmədovun Rusiya vətəndaşlığı ləğv edildi

Prezident estoniyalı həmkarını təbrik etdi

Müşfiq Abbasovun həbsinə bu sözlər səbəb oldu

Milli Məclisin növbəti plenar iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla