Yuxarı

Qadınpərəstlərin üç kitabı müəyyənləşdi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qadınpərəstlərin üç kitabı müəyyənləşdi

Feminiz ideyalarının yer aldığı ən məşhur üç əsər müəyyənləşdirilib.

Axar.az xəbər verir ki, əsərləri Novostiliteratury.ru saytının ekspertləri yüzlərlə kitabın içindən seçib.

Həmin üç kitabı oxuculara təqdim edirik.

Doris Lessinq "Qızılı dəftər"

İngilis yazıçısı Doris Lessinq 2007-ci ildə bu kitaba görə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Qətiyyətli feminist qadın və istedadlı yazıçı Anna Vulfun həyatından bəhs edən kitabı müasir feminist ədəbiyyatın klassik əsəri hesab edirlər. Əsərin qəhrəmanı ağılsızlığın hüdudlarında müvazinətini saxlayır və bu dünyada qalmaq üçün öz düşüncələrini dörd müxtəlif rəngli dəftərə yazır. Ancaq zaman keçdikcə beşinci dəftər də meydana gəlir. Qızılı rəngli bu dəftərdə toplanmış qeydlər Annaya labirintdən çıxış yolunu tapmaqda kömək edir və onunçün əsl kəşf olur.

Simona de Bovuar "İkinci cins"

Simona de Bovuar – XX əsrin ən böyük fransız yazıçılarından biridir. Onun əri Jan Pol Sartrın sözlərinə görə, iki cildli "İkinci cins" qadın problemi ilə bağlı daha çox tarixi-fəlsəfi tədqiqatdır. Müəllif burada qlobal problem qaldırır: cinsin təbii təyinatı nədən ibarətdir, qadının qisməti nədir, dünyada qadının durumu kişinin durumundan nə ilə fərqlənir, qadın tam hüquqlu şəxsiyyət ola bilərmi və bunun üçün ona nə lazımdır?..

İv Entsler "Əla tən"

Müəllif qadın vücudunu xüsusi diqqətlə dəyərləndirir və oxucuları onu olduğu kimi qəbul etməyə səsləyir. Cazibədar, elastik, həqiqi həyat eşqi ilə dolu olan qadın vücudu, Entslerin nəzərində, daimi bayramdır.

Tarix
2015.02.23 / 01:51
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

Jirinovski demişdi: Türkiyəyə qarşı plan... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla