Yuxarı

Avtomatla əsgərlikdən qaçan şairimiz - 7 fakt

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avtomatla əsgərlikdən qaçan şairimiz - 7 fakt

Bu gün xalq şairi Nəriman Həsənzadənin 89 yaşı tamam olur.

Kult.az Nəriman Həsənzadə ilə bağlı 7 faktı təqdim edir:

1. 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olan N.Həsənzadə bir yaşında atasını, 23 yaşında isə anasını itirib.

2. Şair müsahibələrindən birində “Kimin sualı var” poemasının həyat yoldaşının ölümünə səbəb olduğunu deyib:

“Poemanı ona həsr etmişəm. Bu əsərə görə də onu itirdim. Müalicəsi mümkün olmayan xəstəliyə tutuldu. O vaxtkı Yazıçılar İttifaqı bu poemaya görə mənim məhkəməmi qurdu. Həyat yoldaşım məndən xəbərsiz məhkəməyə gəlib, İttifaqın Birinci katibinə ağır sözlər deyib və bu stressdən sonra huşunu itirmişdi”.

3. Türkiyə, eləcə də dünya poeziyasının böyük şairi Nazim Hikmət Nəriman Həsənzadəyə ev bağışlayıb.

4. Xalq şairi 1990-1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı olub.

5. N.Həsənzadə müsahibəsində deyib ki, orta məktəbdə oxuyarkən soyadı Həsənov olub. Şeir yazmağa başlayandan sonra Həsənzadə edib:

“Guya “zadə” olanda adam şair olur, böyük adam olur. Uşaqlıq iddiası idi”.

6. O, Nəriman Nərimanovdan bəhs edən “Nəriman” poemasına görə Mərkəzi Komitənin təzyiqlərinə məruz qalıb, kitabın çapına qadağa qoyulub. Yalnız Heydər Əliyevin göstərişindən sonra çap edilsə də, artıq Bədii Şurada əsərin 1400 misrası ixtisar edilmişdi.

7. Nəriman Həsənzadə hərbi xidmətdə ikən başına gələn olayı danışarkən bunları deyib:

“Əsgərlikdə eşitdim, anam rəhmətə gedib. Qaçdım ordan. Avtomatımı da götürüb hərbi hissədən çıxdım. Çünki məni tutmaq istəyirdilər. Özümü bu yolla xilas elədim.

“Getdim, anam vəfat edib”, - dedim. Dedilər, Qazax rayon hərbi komissarından sənəd lazımdır. Onda avtomatı çəkdim mayorun üstünə. Vurmaq istədim. Bir anlıq... Sonra keçdi. O, tələsik “get, get” dedi. Kəndə gedib anamı dəfn elədim”.

Tarix
2020.02.18 / 12:58
Müəllif
Aqşin
Digər xəbərlər

Ermənistan MTX-nin hərbi hissəyə basqını... - Nə baş verir?

İlham Əliyev gərginlik keçirən generallara deyir ki...

Nazirin həyat yoldaşı Azərbaycanla danışıqlara qatılır

Muradovun rəhbərlik etdiyi zavodda maaş qalmaqalı...

Erməni həmkarlarla birgə əhalini buna hazırlayırıq - Hacıyev

Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanat

Zəngəzur dəhlizinin Azərbaycan hissəsi nə vaxt tamamlanır?

Hesablama Palatası 2026-cı il dövlət büdcəsinə rəy verdi

Hər şeyi edəcəyik ki, Əliyev İrəvanda... - Simonyan

DTX-nin saxladığı başçının köməkçisi danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla