Yuxarı

Prezident zaldan çıxanda qəflətən geri qayıdır və...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nə baş verir? Tutaq ki, Prezident hansısa çıxışında Azərbaycanda hərbi çevriliş yoluyla iqtidara gələn, sonradan dövlət qəzası vəziyyəti yaradan təhlükəli siyasi residivistləri, hakimiyyətə küçə qaydaları gətirmiş güruhu ifşa edir. Onların əməlləri barədə danışır.

Bunun ardınca nə baş verməlidir? Ən azı, Tarix İnstitutunun əməkdaşları, 90-cı illərin həmin dövrünü yaşayan, şahid olan insanlar, jurnalistlər, müəllimlər, nə bilim, həkimlər, hakimlər, ağsaqqallar, ağbirçəklər çıxmalıdır ortaya. Tələbələrlə, şagirdlərlə görüşlər keçirməli, efirə çıxmalı, bəyanatlar verməli, bir sözlə, auditoriyanın tarixi biliklərini artırmalıdır.

Bəs nə nə baş verir?

Tutaq ki... Prezident çıxış edir və... və onun çıxışından müəyyən fikirlər sitat gətirilir. Vəssalam! Prezidentin çıxışının ayrı-ayrı fraqmentlərinin yayılması ilə iş bitir. Bu çıxışın ünvanları, hədəfləri isə dərhal... özlərini müdafiə etmək üçün ən tərbiyəsiz, əxlaqsız, naqis əməllərə əl atır. Prezidentin çıxışı sosial şəbəkələrdə ən iyrənc şəkildə müzakirə edilir. Təhqir, söyüş, böhtan başlayır! Və bütün bunlar baş verir... şahidlərin quzu susqunluğunun müşayiətilə.

Prezident tarixə ustalıqla qayıdır. O, geriyə qayıtmağı ümumiyyətlə əla bacarır. Məsələn, Bakı Dövlət Universitetində çıxışını bitirib zalı tərk etməyə hazırlaşır, qapıya doğru gedir və qayıdır keçmiş və təzə rektorun əlini sıxır. Ya da Milli Məclisdəki iştirakını bitirib zaldan çıxanda qəflətən geri qayıdır, keçmiş sədr Oqtay Əsədovun əlini sıxır. Bu jest elə tarixə münasibətdir. Dövlət başçısı tarixə əli ilə toxunur. Və onun Milli Məclisdəki çıxışı həm də bu nöqtələrə xüsusi yanaşmağa ruhlandırır.

Qaragüruh isə siyasi şarlatanlıqla məşğuldur. Yunus, Əli Kərimli, Cəmil, Qubad İbadoğlu, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu... Osmanqızının ləçəyi əlində “Yallı” gedir. Getsin də. Lap yalsız getsin. Özü bilər. Amma axı onların keçmişinə yalnız mən şahid deyiləm. Hanı qalanlar? Özü də mən qətiyyən o fikirdə deyiləm ki, adlarını çəkməyək reklam olacaq. Tanıyacaqlar. Qoy tanısınlar!

Biz neçə vaxtdır ki, koronavirusdan danışırıq. Onun necə göründüyünü insanlara çatdırmaqdan ötrü day hansı qrafik hoqqalara əl atmırıq, imkanımız olsa, fotorobotunu çıxarıb hər yerə yapışdırarıq. Bütün bunları koronavirusun tanınması, insanların ondan qorunması üçün etmirikmi? Bəs qaragüruhun təhlükəsi azdırmı? Axı onları tanımayanlar, daha doğrusu onları bəsit, təkhüceyrəli, populist çıxışlarından tanıyan məsum cavanlar, yeniyetmələr gerçək həqiqətləri bilməsinlər? Bunu kim etməlidir? Kim tanıtmalıdır onları yeni nəsilə?

Çingiz Abdullayev, Anar, Fərhad Xəlilov, Fərhad Bədəlbəyli Eldar Quliyev, Rasim Balayev və sair və sair... Özü də burada ağır iş də yoxdu axı! Məgər daş daşıyacaqlar, kərpic hörəcəklər?! Mikrofonu qoşacağıq, kameranı qoyacağıq, ya Allah! Məlumatsız gəncliyə onların ümumi məzmunda çıxıb damaqları kimi dişsiz, növbətçi mülahizələr irəli sürməyi yox, faktlar, dəlillər, ibtidai icma təfəkkürlü qəbilə liderlərinin arqumentli ifşası lazımdır.

Məsələn, Xuraman Qasımova, Fidan Qasımova zəng vurub deməlidir ki, gəlin çəkin, mən bu qara-qura güruhun 90-cı illərdəki əməlləri barədə açıqlama vermək istəyirəm. Heç kimdən sifariş, işarə, əmr gözləmədən...

Məsələn, İradə Tuncay və ya Afaq Məsud çıxmalıdır meydana. Aktyor, xalq artisti Ramiz Məlik Osmanqızına niyə kompliment yolladığını açıq deməlidir. Kimlədir, kimin yanındadır bu artist? Nə vaxt danışacaq hörmətli ziyalılarımız, şairlərimiz, jurnalistlərimiz, fotoqraflarımız, operatorlarımız? Necə yəni onları reklam etmək lazım deyil? Bəs onda bu yazıq yeniyetmə hardan bilsin ki, qarşısında qəhrəman obrazında dayanan ruhi xəstələşmiş yerli Napolenlardır, yaxud Napolenlaşmış ruhi xəstələr... siyasi dələduzdur, şarlatandır... Yalançıdır. İnsanların qəlbilə alver edən möhtəkirdir.

Prezident Milli Məclisdə dedi ki, dövlətin yeni siyasi konfiqurasiyası yaranır. Bu bilirsiniz nədir? Bu o deməkdir ki, qaragüruhun peşə klimaksı yaşayan Osmanqızı və Cəmil Həsənli kimi bığ buraxıb yaşlı görünmək istəyən, ikinci uşaqlıq dövrünü yaşayan Kərimliləri parlament seçkilərində iştirak etməməklə özlərini bu dizayndan da kənarda qoyublar. Ay qaragüruhun qabaqda gedən Əli Cəmilliləri!

Prezident doğru demir? Biz 50 il sonra hansı dövlətdə yaşamaq istədiyimizi bilməməliyik? Ən azı balalarımızı etibar etməli olduğumuz dövlətin gələcəyini düşünməməliyik?

Əliyev millət vəkillərinə daha necə müraciət etməlidir ki, “Prezidentin deyə bilmədiyi sözü deputatlar desin!”

Tarix
2020.03.16 / 14:01
Müəllif
Mir Şahin
Oxunub
38 132
Şərhlər
Digər xəbərlər

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla