Yuxarı

Şeyx Putinə müraciət etdi: Qriboyedovu xatırla...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən ölmədən Qarabağı görmək istəyirəm. Bu yaşımda belə Ali Baş Komandanın əmri ilə cəbhəyə getməyə hazıram. Bu, mənim borcumdur. Bu, haqla qatilin savaşıdır.

Bu sözləri Kult.az-a açıqlamasında xalq artisti Şeyx Əbdül Mahmudov Ermənistanın Azərbaycan dövlət sərhədinə Tovuz istiqamətində hücumu haqda danışarkən deyib. O bildirib ki, Azərbaycanın Ermənistanla müharibəsi təkcə top-tüfəng savaşı deyil:

“Bu, yüz illərdir davam edən ideoloji müharibədir. Ermənilər bütün dünyanı yalan məlumatlar ilə aldadıb. Faktiki olaraq dilimizi, tariximizi, məişətimizi, mətbəximizi, adət-ənənəmizi, bir sözlə, "bizim" deyə biləcəyimiz hər şeyimizi, o cümlədən vətənimizin ayrılmaz parçası olan torpaqlarımızı dünyaya özününkü kimi təqdim edirlər. Xarici havadarlarının hesabına bu gün bu düşmənçiliyi davam etdirirlər”.

Xalq artisti deyib ki, işğalçı erməni harada olmasından asılı olmayaraq, düşməndir:

“15 il öncə mən Afrikaya səfər edərkən orada erməni ilə rastlaşdım. Başında türk fəsi olduğu üçün əvvəlcə onu türk sandım. Daha sonra dialoqumuz baş tutdu və mənə erməni olduğunu dedi. Azərbaycanlı olduğumuzu bildikdə Dağlıq Qarabağ münaqişəsindən danışaraq, bizi müharibədə ittiham etdi. Hətta "sizin torpağınız yoxdurmu ki, bizim torpaqlarımıza göz dikirsiz?" dedi. Yəni bu gün baş verən proseslər bir daha onu göstərir ki, ermənilərlə aramızda qan, gen müharibəsi gedir”.

Ə.Mahmudov qadın təşkilatlarımızdan gileylənib:

“Bu gün bizim qadın təşkilatlarından çox narazıyam. Çünki heç biri Azərbaycan qadını adından erməni təbliğat maşınına qarşı bəyanat yaymır. Onlar müxtəlif dillərdə düşmənə qarşı fəaliyyət göstərməlidirlər”.

Şeyx Azərbaycan müxalifətinə də təşəkkür edib: “Müxalifət cəbhəsinə öz təşəkkürümü bildirmək istəyirəm. Belə çətin zamanda müxalifət cəbhəsinin yekdilliklə siyasi ayrılıqları, düşüncə fərqini bir kənara qoyub, erməni təbliğatına qarşı ölkə rəhbərliyinin yanında olması çox müsbət bir haldır. Şükür ki, ölkənin bütün siyasi fraksiyaları bir araya gələ bildilər. Bizə də düşmənə qarşı birgə mübarizə aparmaq yaraşar. Bu gün Azərbaycanın taleyi həll olunur. Belə bir zamanda kimsə əgər yenə müxalifət-iqtidar söhbəti etsə, o insan nadandır, bu torpağın övladı deyil”.

Şeyx Rusiya Prezidenti Vladimir Putinə müraciət edib:

“Mən cənab Putinə səslənmək istəyirəm. Cənab Putin, mən uzun illərdir tədqiqatla məşğul olmuşam, erməni reallıqlarını yaxşı bilirəm. Bu gün istənilən rus politoloqu, tədqiqatçısı ilə debata da çıxa bilərəm. Mən anlayıram, Ermənistan Rusiyanın bir əyalətidir. Necə olur bu gün Rusiya hakimiyyətinin siyasi elitası ermənilərdən təşkil edilib? Niyə Rusiya israrla erməniləri qoruyub, onların tərəfini tutur? Məsləhət görürəm, tarixə nəzər salsınlar. Axı onların məşhur tarixçi alimləri, yazıçıları ermənilər barədə onları xəbərdar edib. Qriboyedov çar Aleksandra məktubunda ermənilərlə bağlı onlara nələr deyib? Məgər bunlar azlıq edir? Bu gün də baxsaq görərik ki, ermənilər tarix boyu zərrəcə dəyişməyiblər: əvvəl necə idilərsə, indi də elədirlər. Tarix boyu ruslara ən çox xeyir verən xalq biz olmuşuq. Rusiya tarixindəki ən önəmli hadisələr məhz bizimlə bağlıdır”.

Tarix
2020.07.14 / 21:56
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla