Yuxarı

Qulu Məhərrəmli Alim Qasımovu dəstəklədi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kommersiya televiziyalarının yaratdığı mədəniyyətin əsiriyik".

 

Bu sözləri professor, televiziya tənqidçisi Qulu Məhərrəmli xalq artisti, muğam ustası Alim Qasımovun telekanalların musiqi siyasətinin biabırçı olması barədə fikirlərini şərh edərkən Axar.az-a deyib:

 

"Alim Qasımov kimi sənətkarları başa düşmək olar. Onlar daim səviyyələrini qoruyub saxlayır və bunu başqalarından da gözləyirlər. Sirr deyil ki, neçə müddətdir Azərbaycan televiziya məkanı zövqsüzlük problemi ilə üz-üzədir. Efirdə səviyyəsiz verilişlər verilir, zövqsüz mahnılar səsləndirilir. Bu cür "efir doldurulması"na heç kim nəzarət etmir. Bunun səbəbi hamımıza məlumdur – qeyri-peşəkarlıq və ümumi zövqün aşağı səviyyədə olması. Buna niyə senzura yoxdur? Senzura olmamalıdır da. Televiziya rəhbərləri, məsul şəxslər bu işlə məşğul olmalıdırlar. Əsas səbəb zəif mahnının və ifaçının meydana çıxmasındadır. Əvvəlcə, onun qarşısını almaq lazımdır. Amma artıq bundan keçib – bizdə kütləvi zövqsüzlük standart səviyyə formasına düşüb. Biz hazırda kommersiya televiziyalarının yaratdığı mədəniyyətin əsiriyik. Zövq, düşüncə, tərz buna uyğunlaşır. Biz bundan xilas ola bilmirik – bu bizim ümumi bəlamızdır". 

 

Qeyd edək ki, xalq artisti Alim Qasımov musavat.com-a müsahibəsində efirə verilən mahnıların 70-80 faizinin bayağı olduğunu demiş və bunu biabırçılıq adlandırmışdı.

Tarix
2015.05.06 / 13:48
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... - Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla