Yuxarı

Ağdamın məşhur “Çay evi”: necə tikilmişdi – Memarı danışdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 20-də işğaldan azad olunan Ağdamın simvollarından biri sayılan məşhur “Çay evi” işğalçılar tərəfindən dağıdılıb. Hazırda bu məşhur yerin yalnız dəmir konstruksiyasının bəzi hissələri qalıb.

Həmin konstruksiyanın müəllifi, Ağdamın məşhur “Çay evi”nin baş memarı Naiq Səmədov bu haqda Kult.az-a danışıb.

- Ağdamın məşhur “Çay evi” necə tikildi?

- 1984-88-ci illərdə Ağdamda memar işləmişəm. 1985-ci ildə Xudu Məmmədovun təşəbbüsü ilə Ağdamın məşhur “Çay evi” tikildi. Xudu müəllim Çinin təqvimini mənə göstərdi. Həmin təqvimdə olan layihə daha çox Çin stilində idi, onu milli üslubumuza uyğunlaşdırmaq istədik. Xudu müəllimin mənə göstərdiyi şəkildə həmin tikinti uzaqdan görünürdü, binanın təxminən üçdə bir hissini görə bildim. Dedim, belə bir şey edə bilərik, amma daha çox Şərq üslubunda. Onun bütün konstruksiyası metaldan ibarətdir, borulardan tikilib. Tikinti işlərində Ağdam məhbusları da gəlib bizə yardım edirdilər.

“Çay evi”nin ortasında iri diametrli boru qalxırdı. Hər tərəfdə kiçik həcmli borular konsrtuksiyalarla bir-birinə birləşirdi. Mərtəbələr arası arakəsmələr taxtadan idi. Borular hamısı taxtalarla bağlanaraq, müxtəlif naxışlarla bəzədilmişdi. Hər mərtəbədə dörd qapı nəzərdə tutulmuşdu. Ağlıma gəlməzdi ki, bu layihə belə uğurlu alınar. Ağdamda başqa bir çox layihələrim olub, amma “Çay evi” mənim üçün xüsusidir...

- “Çay evi”nin fəaliyyətini necə xatırlayırsınız?

- Yadımdadır ki, Moskvada o illərdə keçirilən sərgidə bizim layihə “Sovet dövrünün qeyri-adi layihələri” sırasında yer almışdı. “Çay evi”miz tikiləndən sonra bu cür layihəni Kəlbəcərdə də tikmək istədilər, onun da proyektini hazırlamışdım, ancaq tikmədilər. Ağdamın “Çay evi” yeganə olaraq qaldı. Oranı Sarı Şəmil adlı biri işlədirdi. “Çay evi”nin birinci mərtəbəsi yarımzirzəmi kimi qurulmuşdu. Orada əsasən xəmir xörəkləri verilirdi. Oradakı xəngəlin qış vaxtı ayrı bir ləzzəti, dadı olardı. “Çay evi”nin yuxarı mərtəbələrində çay verilirdi.

- “Çay evi”nin açılışında kimlər vardı?

- 1986-cı ilin iyulun 26-da "Çay evi"nin açılışı keçirildi. Açılışda rayon rəsmiləri ilə yanaşı, Azərbaycan KP MK Mədəniyyət şöbəsinin müdiri Vəfa Quluzadə də iştirak edib.

- Axırıncı dəfə orada nə vaxt olmusunuz?

- Ağdam rayonunun işğalından iki ay əvvəl...

- İndi o çay evi dağıdılıb...

- Yenidən tikəcəyik. Vaqif Həsənov Ağdam Rayon İcra Hakimiyyətinin başçısıdır və o mənim dostumdur. Onunla birgə həmin tikintini yenidən canlandıracağıq. Elə həmin onu, əvvəlki “Çay evi”nin eynisini quracağıq. Bütün bunları könüllü şəkildə etməyə hazıram. Çünki o, Ağdamın simvoludur.

Tarix
2020.11.21 / 13:11
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki...

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı

Rusiya "tarixi iddialara" əsaslanır, postsovet ölkələrinə qarşı...

Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla