Yuxarı

Pərviz, bizi eşitdiyinə inanıram...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pərviz Ələddin oğlu Məmmədov. Həmişə ön cəbhələrdə xidmət etmiş şanlı Azərbaycan zabiti!

Azərbaycan Böyük Vətən müharibəsinin qəhrəman şəhidi!

Pərviz 1989-cu ildə Tovuzun Çesməli elinin Məşədivəlilər kəndində doğulub. Orta təhsilini paytaxt Bakının Qaradağ rayonundakı Lökbatan qəsəbə 288 saylı orta məktəbində alıb (1995 – 2006). Orta təhsilini başa vurdğu il Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunub. 2010-cu ildə Ali Hərbi Məktəbi bitirərək leytenant rütbəsi alıb.

Gənc zabit həqiqi hərbi xidmətə ön cəbhədən – Murovdağ zirvəsindən başlayıb. Dağlaroğlunun dağlar başındakı xidməti diqqətəlayiq olub, nümunəvi xidmət görə, 24 iyun 2013-cü ildə Azərbaycan Prezidenti adından, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı ilə təltif edilib. Yubiley medalı ilə təltif olunduğu il baş leytenant hərbi rütbəsi də alan Pərviz öz peşəkar hərbi xidmətini bölük komandiri olaraq davam etdirib.

Gənc zabit sonrakı illərdə Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində xidmət edib. 2017-ci ildə kapitan hərbi rütbəsi alaraq, Qazax rayonunun ön cəbhədə yerləşən bir neçə kəndində xidmət edib.

26 iyul 2018-ci ildə Azərbaycan Prezidenti adından ikinci dəfə təltif olunan Pərviz bu dəfə “Azərbaycan Ordusu – 100 (1918-2018)” yubiley medalına layiq görülüb.

2019-cu ildə Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissənin ön cəbhəsində xidmətini davam etdirən kapitan Pərviz Məmmədov yenə öz nümunəvi davranışı, zabit şərəf və məsuliyyətinə uyğun qüsursuz xidməti ilə seçilib. Xidmət etdiyi illərdə yuxarı komandanlıq tərəfindən “Təşəkkürnamə”lər alıb.

27 sentyabr 2020-ci ildə Azərbaycan Böyük Vətən müharibəsi başlayınca Pərviz də əks-hucum əməliyyatlarına qoşulub. Döyüş yoldaşları və komandirləri onun Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək, şəhid olduğunu deyir.

Kapitan Məmmədovun – bu, fədakar Vətən oğlunun Qarabağ üçün, Zəfər üçün döyünən ürəyi, əsgərləri üçün yanar ürəyi… son dəfə 30 sentyabr 2020-ci ildə vurub… - O, böyük əzm və iradə ilə atıldığı Vətən müharibəsinin üçüncü günündə Şəhidlik zirvəsinə ucalıb.

Şəhid kapitanımız evliydi, bir övladı yadigar qalıb. O yadigar körpənin atasının adına layiq övlad kimi böyüyəcəyinə inanırırq. İnanırıq ki, şəhid zabitimizin övladı həmişə xalqın sevgisi, dövlətin qayğısı ilə əhatə olunacaq. Onun üçün ən böyük adı isə atası qazanıb: Şəhid Övladı!

Əziz Şəhidimiz Pərviz Məmmədov!

Dəyərli Vətən oğlu!

Bizi eşitdiyinə inanıram – çünki şəhidlərin ölümsüzlüyünə, ruhun əbədiliyinə inanıram və sənə səslənirəm: Mənsub olduğun Ordu döyüşlərdə zəfər qazandı! Sağ qalan hər döyüşçü siz şəhidlərin də əvəzinə döyüşdü, sizin arzuları irəli apardı, sizin öpdüyünüz bayrağı Şuşada dalğalandırdı!

Sən həmişə ön cəbhələrdə xidmət etmisən; adın da həmişə ön sırada çəkiləcək! Heç vaxt unudulmayacaqsan!

“Şəhidimin son örtüsü” olan müqəddəs bayrağımız Qarabağ göylərində, şəhidlərin məzarı başında da əbədi dalağalanacaq!

Bayrağımız uca olsun!

Qənirə Paşayeva,

MM-in Mədəniyyət komitəsinin sədri

Tarix
2020.11.26 / 21:46
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla