Axar.az
Yuxarı

Axar.Az Logo

Nazirlikdən Rusiya mədəniyyət xadimlərinə etiraz

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi, Rusiya Federasiyasının bir qrup mədəniyyət xadimi Qarabağda yerləşən xristian irsinin qorunmasına və bu irsin UNESKO-nun Dünya irsi siyahısına salınmasına köməklik göstərilməsi ilə bağlı UNESKO-ya müraciət edib.

Kult.az xəbər verir ki, Dağlıq Qarabağda və ətraf rayonlarda erməni işğalı zamanı çoxsaylı müsəlman irsi abidələrinin dağıdılmasına baxmayaraq, müraciətdə yalnız xristian irsi haqqında bəhs edilməsi, eləcə də Azərbaycan ərazisindəki bütün tarixi, mədəni, dini irsin heç bir ayrı-seçkilik qoyulmadan dövlət tərəfindən qorunması və hökumətin bu məsələyə çox ciddi yanaşması nəzərə alınmayaraq, müraciətin birbaşa UNESKO-ya ünvanlanması onun qərəzli və məqsədli şəkildə hazırlandığını və ölkəmizə qarşı qarayaxma kampaniyasının bir hissəsi olduğunu göstərir.

Məsələ ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov tərəfindən müraciəti imzalayan mədəniyyət xadimlərinə məktub göndərilib.

Məktubda öncə Ermənistan tərəfindən uzun müddət işğal altında saxlanılmış Azərbaycan ərazilərində mədəni irsimizin dağıdılması, əksər hallarda həm müsəlman, həm də xristian irsinin məhv edilməsi haqqında məlumatlar əks olunub. Eyni zamanda Azərbaycanın müxtəlif şəhərlərində yerləşən həm dini (müsəlman, xristian, yəhudi), həm də mədəni irsin dövlət tərəfindən qorunması ilə bağlı faktlar diqqətə çatdırılıb.

Bundan əlavə, rusiyalı mədəniyyət xadimlərinə qeyd etdikləri narahatlıqla bağlı Azərbaycan Hökumətinə deyil, birbaşa UNESKO-ya müraciət ünvanlamalarına görə irad bildirilib və onlara erməni təbliğatının qurbanı olmamaq tövsiyə edilib.

Məktubun sonunda müraciəti imzalamış mədəniyyət xadimləri işğaldan azad olunmuş ərazilərdə 30 ilə yaxın davam etmiş dağıdıcılıq və talançılığın nəticələrini, həmçinin ölkəmizdə mədəni irsə necə qayğı göstərildiyini görmək üçün Azərbaycana dəvət olunublar.

Qeyd etmək lazımdır ki, UNESKO-ya göndərilən müraciət bir sıra tanınmış şəxslər və mədəniyyət xadimləri tərəfindən də birmənalı qarşılanmayıb və çoxsaylı tənqidə məruz qalıb.

Tarix
2020.12.02 / 20:45
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Xalq yazıçısının yubileyi: millət vəkili təbrik etdi – Foto

Deqati: Natavanın sümükləri qəbirdən çıxarılmışdı - Foto

Belələrini çomaqla idarə etmək lazımdır

Gənc memarın füsunkar “Zəfər muzeyi” layihəsi - Video

İnfarkt keçirən xalq artistinin durumu... - Açıqlama

Kurqinyanın rus kanalında inanılmaz həyasızlığı: Şuşa...

Bakıdakı Nizami heykəlinin yaradılmasının tarixçəsi

Deqatidən Bülbüllə bağlı paylaşım - Foto

"Bayraqdar" PUA-sı məşhur platformada göstərildi

Balakəndə ruhları çağıran bakılı gözəl lənətləndi

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla