Yuxarı

Hər bir məhdudlaşdırma yazıçının ölümü deməkdir

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hər bir məhdudlaşdırma yazıçının ölümü deməkdir

Tanınmış yazıçı Çingiz Hüseynov "Axar.az"a danışır

- Səhhətiniz necədir? Yazmaq, yaradıçılıqla məşğul olmaq imkanınız varmı?

- Allaha şükür yaxşıyam, şikayətə əsasım yox, bəzən halıma uyğun "səksəndəndir" deyirəm və xalqımın müdrikliyinə arxalanaraq ataların dediklərini yad edirəm ki, səksən-doxsan – bir gün varsan, bir gün yoxsan. Bunu bədbinliyə yozmayaq. İşim-peşəm (keçmiş onilliklərdə olduğu kimi) yazı-pozudur, az-çox çalışıram. İmkan da var, istək də, həvəs də. Amma ən ümdəsi, sanki İlahinin tələbidir, "cihad qələminə", yəni görüb-duyduğunu, böyük həqiqətləri yazmağa, sözü yalan alətinə çevirməməyə çalışıram.

- İllərdir Azərbaycandan uzaqda yaşayırsınız və olanları uzaqdan müşahidə etmək imkanınız var. Uzaqdan Azərbaycan ədəbiyyatı necə görünür?

- Bu, çox geniş məsələdir və uzun söhbətdir... Son illərdə bədii dilimiz (siyasi dilimiz də) sürətlə inkişaf etməkdədir, üslub baxımdan rəngarəngləşir, bu da sevindirici haldır. Amma onu da deyim ki (hər halda mənim fikrimdir), əsl ədəbiyyat xalqmı deyim, qara camaatmı bilmirəm, "çoxlara", cəmiyyətə, hətta əsər yazanın özünə belə (insan zəif məxluqdur!) zidd, "müxalif" olmalıdır.

- Sizcə müasir Rus ədəbiyyatının dünyaya çıxmasının səbəbi odur ki, burdakı yazarlar daha istedadlıdırlar, yoxsa hansısa başqa faktlar da rol oynayır?

- Azərbaycan ədəbiyyatı və yazarları heç də ruslardan zəif deyil, amma bircə fərq var. Rus dili dünyada yayılmış üç-dörd dildən biridir. Bu amili unutmaq olmaz.

- Son dönəm Azərbaycan ədəbiyyatında hər şeyi inkar edənləri, nə varsa, ona üsyan edənləri də görürük.

- Bu, təbiidir, olsun...

- Amma bəzən iqtidarlara qarşı bir kəlmə deyə bilməyənlər xalqa, topluma heç nəyi bağışlamır.

- Nə yazıq ki, biz əksər hallarda beləyik. Xalqa heç nəyi bağışlamamağa gəlincə, bunu düz deyirsiniz, gerçək sözdür.

- Yazarların rəyasətə münasibətinin "isti" olmasına necə yanaşırsınız, bu onun azadlığını məhdudlaşdırmaz ki?

- Sualın birinci hissəsinə münasibətim nə müsbətdir, nə mənfi, olsun, amma bu "istilik" nəticəsində "azadlıq" itirilirsə... Hər bir məhdudlaşdırma yazıçının ölümü deməkdir... Necə deyərlər, yazarın bədəni sağlam yüz il yaşasın, amma yazar ruhu ölü olur.

- Sizcə bir cəmiyyətin inkişafında əsas amil nədir - siyasi idarəetmə, yoxsa düşüncə azadlığı?

- Təbii ki, düşüncə azadlığı, amma bu da kifayət deyil... Mənim iki vətənim var və hər dəfə özüm-özümə onlara aid sual verirəm. Birinci vətənimə aid cavabım çox vaxt mənfi olur... Məgər bizdə cəmiyyət varmı?

- Dünya milli kimlikləri deyil, insani kimliyi əsas götürsəydi, daha yaxşı olardı, yoxsa indiki mənzərədən fərqli bir şey olmazdı?

- İndi bütün quruluşlar, demokratiya belə böhran içindədir. Eyni şəkildə milli kimlik də, insani kimlik də... Çünki bütünlükdə bəşəriyyət yolunu azıb.

Tarix
2013.10.23 / 14:00
Müəllif
Zümrüd Yağmur
Digər xəbərlər

Prezident Robert Fitso ilə təkbətək görüşdü - Foto

Əliyevlə Fitsonun görüşündə bu mahnımız ifa edildi - Video

Əsrlər boyu böyük imperiyaların tərkibində olmuşuq...

İlham Əliyevin şərəfinə rəsmi ziyafət verildi - Foto

Azərbaycan bu ölkə ilə 5 sənəd imzaladı

İlham Əliyev Slovakiya Milli Şurasının sədri ilə görüşdü

İrəvandakı “qeyri-sabit”liyin Bakı ilə “əlaqəsi”...

Prezidentə yalan deyilib: Türkiyənin siyahısındakı adlar...

Qazaxıstandan AZAL qəzası ilə bağlı ən son məlumat

AB ilə İrəvanın imzaladığı bu sənəd sülh gündəliyinə ziddir - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla