Yuxarı

Daha bir cüdoçumuz İslamiadada qızıl medal qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir cüdoçumuz İslamiadada qızıl medal qazandı

17:16

VI İslam Həmrəyliyi Oyunlarında cüdo yarışları davam edir.

Axar.az xəbər verir ki, +100 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya, dünya və Avropa çempionu Zelim Kotsoyev yarımfinal mərhələsində bəhreynli Səid Sadrudinovla qarşılaşıb.

Kotsoyev rəqibin üç şido cərimə xalı alması nəticəsində görüşü qələbə ilə başa vurub.

Təmsilçimiz finalda misirli Omar Elramli ilə üz-üzə gələcək.

***

Azərbaycanın cüdo millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada keçirilən VI İslam Həmrəyliyi Oyunlarında daha 1 qızıl, 2 bürünc medal qazanıb.

70 kq çəki dərəcəsində Südabə Ağayeva finalda özbəkistanlı rəqibi Xurşida Razzokberdievanı məğlub edərək qızıl medala sahib çıxıb.

Eyni çəkidə mübarizə aparan Aytac Qardaşxanlı və Elcan Hacıyev (90 kq) isə bürünc medalla kifayətləniblər.

Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Tarix
2025.11.09 / 18:55
Müəllif
Axar.az
Digər xəbərlər

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla