Yuxarı

Azərbaycan razılıq verərsə, görüş olar... - Uraloğlu

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan razılıq verərsə, görüş olar... - Uraloğlu

Azərbaycan razılıq verərsə, Türkiyə, Azərbaycan və Ermənistan nəqliyyat nazirlərinin üçtərəfli görüşü təşkil edilə bilər.

Axar.az xəbər verir ki, bunu Türkiyə nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu APA-ya açıqlamasında deyib.

Uraloğlu vurğulayıb ki, üçtərəfli görüşün keçirilməsi tamamilə Azərbaycanın mövqeyindən asılıdır:

“Biz Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə tez-tez görüşürük. Ermənistanın nəqliyyat naziri ilə də bir neçə dəfə görüşlərimiz olub. Üçtərəfli görüşün keçirilməsi yalnız Azərbaycanın razılığı ilə mümkündür. Razılıq olarsa, biz buna tam hazırıq, çünki Azərbaycanın mövqeyi bizim üçün böyük əhəmiyyət daşıyır”.

Nazir əlavə edib ki, Zəngəzur dəhlizi üçün hazırlıqlar yüksək səviyyədədir və Azərbaycanla kifayət qədər koordinasiyalı iş aparılıb:

“Sülh prosesi tam şəkildə həyata keçdikdən sonra nə etməli olduğumuzu əvvəlcədən planlaşdırmışıq. Bütün hazırlıqlarımız var. Keçmişdə birgə həyata keçirdiyimiz kifayət qədər layihələr mövcuddur, buna görə də onları yenidən həyata keçirməyə ehtiyac qalmayacaq”.

Tarix
2025.11.09 / 12:47
Müəllif
Axar.az
Digər xəbərlər

Kartdan-karta pul köçürmələri üzrə limitlər... - AMB

Beləliklə, Azərbaycan xalqının səbri tükəndi...

Azərbaycan böyük iş görür - Tokayev

Biz uşaq qatillərinin səviyyəsinə enmədik - Prezident

Azərbaycanın AQEM-də sədrliyi daha 2 il uzadıldı

Müharibə bizim seçimimiz olmayıb, bizi buna onlar məcbur edib

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Azərbaycan birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır

Hicab iddialarına Xomeyninin sözləri ilə - Cavab

Mirzoyan da təkrarladı: Anklavların mübadiləsi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla