Yuxarı

"Sədərək" TM-də hicablı xanımlar işdən çıxarılırlar?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Sədərək" TM-də hicablı xanımlar işdən çıxarılırlar?

"Sədərək" Ticarət Mərkəzində işləyən hicablı xanımların işdən çıxarılacağı iddia olunub.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, sosial şəbəkədə bir qrup insan tərəfindən edilən paylaşımlarda bəzi mağazalarda oktyabrın 15-dən etibarən hicablı xanımların işə gəlməmələri bildirildiyi qeyd olunub.

"Sədərək" Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim deyib ki, sözügedən iddialar əsassızdır:

"Ölkəmizdə hicabla bağlı heç bir qadağa yoxdur. Dünyəvilik prinsipinə əsaslan vahid məktəbli geyiminin tətbiqinin ölkədə hicabın qadağası ilə əlaqələndirmək düz deyil. Burada söhbət hicabın ləğvindən getmir. "Sədərək" Ticarət Mərkəzində də hicablı xanımlarla bağlı hər hansı məhdudiyyət tətbiq edilməyib. Tamamilə əsassız və yalan məlumatdır. Bizim mərkəz sahibkarlardan ibarətdir. Sahibkarları biz işə götürmüşük ki, indi də işdən çıxarmaq barədə əmr verək? Sahibkarlar burada öz bizneslərini qurublar. "Sədərək" Ticarət Mərkəzində də heç kim hicablı şəxslərin içəri buraxılmaması barədə göstəriş verə bilməz. Gəlib baxın, görün burada nə qədər hicablı xanım var".

Tarix
2026.10.15 / 11:39
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış edir - Foto

Mirzoyan da təkrarladı: Anklavların mübadiləsi...

Ceyhun Bayramov Çinin XİN rəhbəri ilə görüşdü

Sərdar Berdiməhəmmədov Azərbaycana gəldi

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla